Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
BU ILIN OKTYABRINDA XƏZƏRYANI ÖLKƏLƏRIN BIRINCI HÖKUMƏTLƏRARASI IQTISADI KONFRANSI KEÇIRILƏCƏK
BU ILIN OKTYABRINDA XƏZƏRYANI ÖLKƏLƏRIN BIRINCI HÖKUMƏTLƏRARASI IQTISADI KONFRANSI KEÇIRILƏCƏK
Bu il oktyabr ayının 3-5-də Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin birinci hökumətlərarası iqtisadi konfransı keçiriləcək. «APA-ECONOMICS»in RBK-ya istinadən verdiyi məlumata görə, konfransda Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İranın hökumət nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində «Xəzər regionunun davamlı inkişafı üçün bioresurs potensialının effektiv istifadəsi və saxlanmasına dair transsərhəd əməkdaşlığı», «Xəzərin nəqliyyat-logistika sisteminin təşəkkülü və inkişafı: tendensiyalar, məqsədlər, perspektivlər», «Xəzər regionunun mineral mənbələrinin kompleks istifadəsi» və «Xəzər regionu-artan investisiyalar ərazisi» mövzuları üzrə biznes layihələr təqdim olunacaq. İyulun 31-də Rusiyanın İqtisadi İnkişaf və Ticarət Nazirliyində konfransın hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin iclası keçiriləcək.