Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
BEYNƏLXALQ BÖHRAN QRUPUNUN QAFQAZ LAYIHƏSININ YENI DIREKTORU TƏYIN EDILIB
BEYNƏLXALQ BÖHRAN QRUPUNUN QAFQAZ LAYIHƏSININ YENI DIREKTORU TƏYIN EDILIB
Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru vəzifəsinə Lorens Şits (Lawrence Sheets) təyin edilib. Bu barədə APA-ya qrupun Avropa proqramları direktoru Sabina Freyzer məlumat verib. L. Şits avqustun 18-19-da fəaliyyətə başlayacaq. O, daha əvvəl ABŞ-ın Milli İctimai Radiosunun Moskva bürosunun rəhbəri və “Reuters” agentliyinin Qafqaz üzrə jurnalisti olub. L. Şits Miçiqan Universitetinin beynəlxalq münasibətlər, həmçinin rus dili və ədəbiyyatı fakültələrini bitirib. Qeyd edək ki, Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin sonuncu direktoru Maqdalena Friçeva olub.