Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
QORAN LENMARKER ATƏT PA PREZIDENTININ DAĞLIQ QARABAĞ MÜNAQIŞƏSI ÜZRƏ XÜSUSI NÜMAYƏNDƏSI TƏYIN OLUNUB
QORAN LENMARKER ATƏT PA PREZIDENTININ DAĞLIQ QARABAĞ MÜNAQIŞƏSI ÜZRƏ XÜSUSI NÜMAYƏNDƏSI TƏYIN OLUNUB
Qoran Lenmarker ATƏT Parlament Assambleyası prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin olunub. Bu barədə APA-ya qurumun yeni prezidenti Joao Suares məlumat verib. Onun sözlərinə görə, Qoran Lenmarkerin yeni təyinatı onun ATƏT regionunda dondurulmuş münaqişələr, ilk növbədə Dağlıq Qarabağ münaqişəsi ilə yaxından tanış olması ilə əlaqədardır. Qeyd edək ki, Qoran Lenmarker bundan əvvəl ATƏT Parlament Assambleyasının prezidenti vəzifəsində çalışıb. O, quruma rəhbərlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi hesabat hazırlayıb.