b]
VENESIYA KOMISSIYASININ KATIBI AZƏRBAYCANIN SEÇKI MƏCƏLLƏSINƏ ƏLAVƏ VƏ DƏYIŞIKLIKLƏRƏ DAIR FIKIRLƏRINI AÇIQLAYACAQ
[/b]

Avropa Şurası (AŞ) Venesiya Komissiyasının katibi Canni Bukikkio AŞ Parlament Assambleyasının yay sessiyasını işıqlandıran Azərbaycan jurnalistləri üçün mətbuat konfransı keçirəcək.
APA-nın Avropa bürosunun məlumatına görə, iyunun 25-də keçiriləcək mətbuat konfransında C. Bukikkio Azərbaycanın Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa əlavə və dəyişikliklər, eləcə də Azərbaycanda keçiriləcək prezident seçkiləri, ölkədəki ictimai-siyasi vəziyyətə dair fikirlərini açıqlayacaq.
Strasburq. Fuad Qulubəyli - APA