Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
AVROPA ŞURASININ YERLI VƏ REGIONAL HAKIMIYYƏTLƏR KONQRESININ PLENAR ICLASINDA II AVROPA ŞƏHƏR XARTIYASI QƏBUL OLUNUB
AVROPA ŞURASININ YERLI VƏ REGIONAL HAKIMIYYƏTLƏR KONQRESININ PLENAR ICLASINDA II AVROPA ŞƏHƏR XARTIYASI QƏBUL OLUNUB
Bu gün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclasında II Avropa Şəhər Xartiyası qəbul olunub. APA-nın Avropa bürosunun xəbərinə görə, Xartiya şəhər işlərinin inkişafı baxımından seçki yolu ilə seçilmiş bütün yerli məmurlar üçün çox vacib sənəd sayılır. Şəhərçilik üçün ümumi prinsiplərin əks olunduğu sənəddə şəhərlərin müasir cəmiyyətlərdə yeni iqtisadi, sosial və ətraf mühit şərtlərinə uyğunlaşma istiqamətində üstünlük təşkil edən yerlər olduğu qeyd edilir.