Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
“PREZİDENTİMƏ 10 SUAL”
AZƏRBAYCANDA REGİONAL İNKİŞAF MƏRKƏZİ TƏRƏFİNDƏN KEÇİRİLƏCƏK
“PREZİDENTİMƏ 10 SUAL” ADLI İNTERNET SORĞU LAYİHƏSİNİN İCTİMAİ KAMPANİYASI

“PREZİDENTİMƏ 10 SUAL”

Məlumdur ki, bu il oktyabrın 15-də Prezident seçkiləri keçiriləcəkdir. Təbii ki, yeni seçiləcək Prezident bölgələrdə vətəndaşları daha çox narahat edən məsələlər haqda məlumatlı olmalıdır. Toplanılan məlumatlar müxtəlif mənbələrdən olduğu halda mövcud vəziyyəti daha obyektiv qiymətləndirmək olar. Prezident seçkiləri ərəfəsində bu məsələ ilə bağlı daha dolğun məlumatların toplanması işində “Azərbaycanda Regional İnkişaf Mərkəzi” iyun ayının 1-dən internet sorğu layihəsinin ictimai kampaniyasını keçirməyə başlayır.

Layihənin əsas məqsədi - hər bir vətəndaşı narahat edən sualı açıq şəkildə namizədə verməyə, namizədlərə isə - hər bir məsələ ilə bağlı öz baxışlarını səmimi şəkildə ictimaiyyətə nümayiş etdirməyə imkan yaratmaq və qoyulmuş sualların cavablarını açıqlamaqdır.

Namizədə veriləcək suallar aşağıdakı sahələri əhatə edir:

1. İqtisadiyyat

2. Sosial siyasət

3. Xarici siyasət

4. Hərbi siyasət

5. İnsan haqları

6. Səhiyyə

7. Təhsil

8. Mədəniyyət

9. Elm

10. Ekologiya

Sorğunun aparılması üçün Azərbaycanda Regional İnkişaf Mərkəzi özünün web-səhifəsində (www.azregionaldevelopment.org) “Prezidentimə 10 sual” adlı internet səhifəsi yaradır.

Sualları siz Regional İnkişaf Mərkəzinin e-mail adresinə: azregion@gmail.com və 510-28-05 telefon nömrəsi vasitəsilə verə bilərsiniz. Sualı verən vətəndaşlar öz adını, soyadını, yaşını və sosial vəziyyətini bildirməlidir. Bütün verilmiş suallar təşkilatımızın saytında yüklənəcək və sistemləşdirilərək 10 əsas sual seçiləcəkdir.

Sonda vətəndaşların sualları toplanacaq, sistemləşdiriləcək və prezidentliyə namizədlərə təqdim ediləcəkdir. Namizədlərin cavabları KİV nümayəndələrinə və ictimaiyyətə çatdırılacaqdır. Sonda əldə edilmiş bütün məlumatlar toplu şəkilində çap olunaraq yeni seçilmiş Prezidentə təqdim ediləcəkdir.

Ümid edirik ki, vətəndaşlarımız bu işdə fəal iştirak edəcək və əldə edilmiş suallar Prezidentimizin gələcək işində yardımçı rolunu oynayacaqdır.

Prezident seçkilərinə bir ay qalmış (sentyabrın 15-i) bu suallar Prezidentliyə namizədlərin seçki qərargahına təqdim ediləcəkdir. Bu müddətdən bir həftə sonra namizədlərin cavabları ictimaiyyətə təqdim ediləcəkdir. Seçki gününə bir həftə qalmış isə namizədlərin cavabları və onların təhlili toplu şəkilində çap olunacaqdır.
Saytımızda eyni zamanda, yeni seçiləcək Prezidentə müraciət ünvanlanması nəzərdə tutulmuşdur. Müraciətin başlığı “Mən istərdim ki, vətənim Azərbaycan....” adlandırılacaq. Üç bənddən ibarət ən maraqlı müraciətlər saytımızda əks etdiriləcəkdir. Verilən müraciətlərin seçiminə nüfuzlu ekspertlər cəlb olunacaqdır.

Sonda bütün məlumatlar kitabça şəkilində nəşr olunaraq yeni seçilmiş Prezidentə təqdim ediləcəkdir.

Sizi, “Azərbaycanın Prezidenti vəzifəsinə namizədə 10 sual” adlı ictimai kampaniyaya qoşulmağa dəvət edirik.

Azərbaycanda Regional İnkişaf Mərkəzi
Oxunub: 468 dəfə | Tarix: 29 May 2008 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az