Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
İRAN AZƏRBAYCANIN «ŞAH DƏNIZ» YATAĞINDAN QAZ ALMAQ NIYYƏTINDƏDIR
İRAN AZƏRBAYCANIN «ŞAH DƏNIZ» YATAĞINDAN QAZ ALMAQ NIYYƏTINDƏDIR

İRAN AZƏRBAYCANIN «ŞAH DƏNIZ» YATAĞINDAN QAZ ALMAQ NIYYƏTINDƏDIR

İran Xəzərin Azərbaycan sektorunda yerləşən «Şah dəniz» qaz kondensat yatağından böyük həcmdə Azərbaycan qazı idxal etmək niyyətində olduğunu bildirib. Bu barədə çərşənbə günü məlumatlı mənbədən bildirilib.

Bir gün əvvəl İranın neft nazirinin müavini və həm də İran Milli Qaz Şirkətinin baş meneceri Seyid Rıza Kəssənzadə Bakıya səfərə gəlmişdi.

Kəssənzadənin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və «Şah dəniz» konsorsiumu rəhbərlikləri ilə apardığı danışıqlar zamanı bu yatağın 2012-2013-cü illər üçün planlaşdırılan işlənmə layihəsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının İrana tədarükü məsələsi müzakirə olunub. İranın «NICO» şirkəti «Şah dəniz» layihəsində 10 faiz iştirak payına malikdir.

Bu günə qədər Azərbaycan qazının müxtəlif nəql imkanları nəzərdən keçirilib. Lakin onlar yalnızAvropa istiqamətinə aid olub. Bundan əlavə, bu il ARDNŞ artıq İrana 30 mln. kubmetr şəxsi qaz tədarük edib. Qaz İrana kifayət qədər yüksək qiymətə – 1000 kub metri 300 dollara satılıb. Müqavilə 30 mln. kub metr qazın tədarükü üçün nəzərdə tutulub, lakin uzadıla bilər.
«Şah dəniz» layihəsi üzrə «Mərhələ-2» çərçivəsində yataqdan ildə 12 mlrd. kub metr qazın ixrac olunması nəzərdə tutulub. Qaz ixracı «Mərhələ-1»də olduğu kimi «Mərhələ-2»də də Cənubi Qafqaz qaz kəməri (SCP) üzrə həyata keçiriləcək.

Hazırda «Şah dəniz» yatağından qaz (21-22 mln. kub metr) dörd quyudan hasil edilir. Cari ilin ortaları üçün beşinci quyunun qazıma işləri başa çatdırılacaq.

«Şah dəniz» yatağının işlənməsinə dair saziş 1996-cı ilin iyunun 4-də imzalanıb. Saziş iştirakçıları bunlardır: BP (operator- 25,5%), Statoil (25,5%), NICO (10%), Total (10%), LUKAgip (10%), TPAO (9%), ARDNŞ (10%).
Bu yataqda qaz hasilatına 2006-cı ilin dekabrında başlanıb. Hazırda qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz boru kəməri vasitəsilə nəql olunur. Azərbaycan da alıcısı qismində çıxış edir.

Yatağın işlənməsi üzrə birinci mərhələ çərçivəsində hər il 8,6 mlrd. kub metr qazın hasil olunması nəzərdə tutulub. Əldə ediləcək həcm Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq.

Reallaşdırılmasına 2012-ci ildən sonra başlanacaq ikinci mərhələ çərçivəsində hasilat 20 mlrd. kub metrə qədər artırılacaq. Bu mərhələ çərçivəsində qazın digər ölkələrə ixrac olunması nəzərdə tutulub.

Azərbaycan və İranı uzunluğu 1474,5 km olan Qazi-Məhəmməd-Astara-Bind-Biand qaz kəməri birləşdirir. Bu kəmərin 296,5 km-i Azərbaycan ərazisindən keçir. Onun nəql gücü ildə 10 mlrd. kub metr təşkil edir. Bu marşrut 1971-ci ildə istifadəyə verilən Qazax-Astara-İran boru kəmərinin bir qoludur. Kəmər boyunca – Qazi-Məhəmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyat sistemi 55 atmosfer təzyiqi üçün nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 mm-dir..

Azərbaycan, Bakı, 28 may / «Trend Capital», müxbir S.Əliyev

Oxunub: 554 dəfə | Tarix: 29 May 2008 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az