UKRAYNA PREZIDENTI AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Ukrayna prezidenti Viktor Yuşşenko iyulun 1-də Bakıya işgüzar səfərə gələcək. APA-nın məlumatına görə, səfər zamanı Ukraynada Xəzər neftini emal edən müəssisənin yaradılması ilə bağlı yaradılmış işçi qrupun ilk hesabatı müzakirə ediləcək, iki ölkə arasında yanacaq-energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Səfər çərçivəsində iki ölkənin prezidentlərinin iştirakı ilə böyük Ukrayna şairi Taras Şevçenkonun Bakıdakı abidəsinin açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, Ukraynada hazırlanan abidə “Dostluq” kinoteatrının qarşısındakı parkda qoyulub.
Bakı. Laçın Sultanova - APA