Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ATƏT sabah qoşunların təmas xəttində monitorinq keçirəcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 8-də Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kəndinin şimal-şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, monitorinqi Azərbayjan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirəcəklər.
anspress.com
Oxunub: 29 dəfə | Tarix: 7 Fevral 2012 | Kateqoriya: Xəbərlər