Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Almaniyanın Yade Universitetinin rəhbərliyi Bakıda səfərdə olub
Yade Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru cənab Vaythöner və beynəlxalq şöbənin müdiri xanım Andrea Menn Bakıda birgünlük işgüzar səfərdə olublar.
Azərbaycan Turizm İnstitutunun (ATİ) mətbuat xidmətindən “APA-ECONOMICS”ə verilən məlumata görə, qonaqlar Almaniyanın Yade Universitetində DAAD təqaüdü ilə oxuyacaq iki tələbənin ATİ-nin Beynəlxalq Əlaqələr və Layihələr şöbəsi ilə birlikdə seçimini həyata keçirib, ATİ-Yade arasında bağlanacaq ikitərəfli əməkdaşlıq müqaviləsinin geniş tərkibdə imzalanmasını qərarlaşdırıblar. Həmçinin Yade Universitetinin əməkdaşları 2012-ci ildə bu ölkənin Viıhelmsafen şəhərindəki alman dili yay məktəbi kursunda iştirak edəcək tələblərlə görüşmüş, onların kursla və təhsillə bağlı suallarını cavablandırıblar.
apa
Oxunub: 38 dəfə | Tarix: 1 Fevral 2012 | Kateqoriya: Xəbərlər