Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Niderland səfiri ölkəsindən Azərbaycan saytlarına edilən haker hücumlarına münasibət bildirib
Səfir Aryen Uyterlinde jurnalistlərə açıqlamasında bu məsləyə çox ciddi yanaşdıqlarını deyib: “Hazırda bununla bağlı dəqiqləşdirmə işləri gedir. Bizim Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə yaxşı əlaqələrimiz var. Eyni zamanda Azərbaycan və Niderland kibertəhlükəsizlik sahəsində beynəlxalq müqaviləyə qoşulub. Ona görə də biz bu sahədə lazımi addımları atır, əməkdaşlıq edirik”.
Səfir Azərbaycanla Niderland arasında NATO çərçivəsində əməkdaşlıqdan da danışıb, bu əməkdaşlığı yüksək qiymətləndirdiklərini deyib. Səfir bildirib ki, hazırda tərəflər İSAF çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edir: “Biz məmnunuq ki, Azərbaycan İSAF çərçivəsində öz hava məkanını bizim təyyarələr üçün açıb. Bu bizim Əfqanıstandakı qüvvələrimizin təchizatı üçün çox böyük önəm daşıyır”.
apa
Oxunub: 46 dəfə | Tarix: 1 Fevral 2012 | Kateqoriya: Xəbərlər