|
Azərbaycanın daimi nümayəndəsi İsrailin qanunsuz məskunlaşdırma siyasətini pisləyib. Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyev İsrailin işğal altındakı Fələstin torpaqlarında qanunsuz məskunlaşdırma siyasətini kəskin şəkildə pisləyib. ANS PRESS-in MIGnews.com-a istinadən verdiyi məlumata görə, azərbaydcanlı diplomat BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasında çıxış edib. Aqşin Mehdiyev bildirib ki, Təhlükəsizlik Şurası beynəlxaoq humanitar hüququn belə pozulması hallarına adekvat reaksiya verməlidir.
“Bizi daha çox narahat edən odur ki, məskunlaşdırma təkcə fələstinlilərin hüquq və azadlıqlarına, gündəlik həyatlarına mənfi təsir göstərmir, həm də sülh prosesinə ciddi ziyan vurur. Daha konkret desək, belə addımlar iki dövlətin yaradılması ilə bağlı qərarın reallaşmasını və Fələstin dövlətinin meydana çıxmasını təhlükə altında qoyur”, - Aqşin Mehdiyev deyib.
Azərbaycan nümayəndəsi xaırladıb ki, IV Cenevrə konvensiyasının işğalçı ölkəyə öz əhalisini tutduğu torpaqlarda yerləşdirməyi qadağan edən 49-cu maddəsi ləğv edilməyib.
anspress.com
|