Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Aqşin Mehdiyev: "Danışıqlar cəzasızlığın hər hansı formasını dəstəkləməməlidir"

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT Təhlükəsizlik Şurasının açıq toplantısında çıxış edib. “Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında qanunun aliliyinin möhkəmləndirilməsi” mövzusunda keçirilən müzakirələrdə A.Mehdiyev Azərbaycanın qanunun aliliyi və beynəlxalq hüquqa sadiqliyini bir daha qeyd edib. “Bu cür məsələlərə daha çox diqqət ayrıldığından, qanunun aliliyinə kompleks yanaşmanı təmin etmək məqsədilə, beynəlxalq hüququn prinsiplərinin əsas elementlərinə təsir edən, dövlətlərin milli birlik və ərazi bütövlüyünə zərbə vuran, insan haqları normalarına hörmətsizliyə gətirib çıxaran əsas təhdid və çağırışlarla məşğul olmaq üçün daha çox səy göstərmək tələb edilir”, - deyə o vurğulayıb.

A.Mehdiyev qeyd edib ki, silahlı münaqişə tərəflərinin beynəlxalq humanitar hüquq və insan haqlarına uyğun olaraq üzərlərinə götürdükləri öhdəliklərə ciddi şəkildə əməl etməsini təmin etmək əsas prioritetdir. Onun sözlərinə görə, qanunun aliliyini təşviq etmək səylərində əhalinin ən həssas hissəsinin, qadınların, uşaqların və məcburi köçkünlərin vəziyyəti nəzərə alınmalıdır: “Qayıtma hüququnun təmin olunması etnik təmizləmədən qəti şəkildə imtinanı və öz yurd-yuvalarından didərgin düşmüş insanlar üçün mühüm ədalətli tədbirləri nəzərdə tutur. Mülkiyyətlərinin qanunsuz ələ keçirilməsinə görə qayıdanlara təzminat mexanizmləri ümidverici nəticələr verib”.

Cəzasızlığa qarşı mübarizə məsələsinə toxunan A.Mehdiyev vurğulayıb ki, ədalət davamlı sülhün əsas struktur elementidir, onun mexanizmləri möhkəmləndirilməlidir. Sülh danışıqları və ya vasitəçilik cəhdləri əfv vəd etməməli, ən ağır cinayətlərə görə cəzasızlığın hər hansı formasını dəstəkləməməlidir. Cəzasızlığa son qoymaq və bu cür cinayətlərə görə məsuliyyət daşıyan şəxslərlə bağlı ətraflı araşdırma aparmaq üçün dövlətlər öhdəliklərini yerinə yetirməlidir.

Müzakirələrin sonunda BMT Təhlükəsizlik Şurası beynəlxalq hüquqa sadiqliyini bəyan edib, humanitar hüququn və insan haqları normalarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyanların cəzadan azad olunmasına qarşı olduğunu bir daha vurğulayıb.

Bildirilib ki, BMT münaqişə vəziyyətində və münaqişədən sonrakı dövrdə olan ölkələrə qanunun aliliyinin təmin olunmasına, ədliyyə müəssisələrində inamın yaradılmasına, gender bərabərliyinin təşviq olunmasına yardım edir. Təşkilat qanunun aliliyinə olan təhdidlərə, o cümlədən mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, münaqişələrin əsas səbəbləri, iqtisadi və sosial ədalət məsələlərinə daha çox diqqət ayırır.

BMT-nin baş katibi Pan Gi Mun qeyd edib ki, BMT sülh və təhlükəsizlikdən tutmuş ticarətə qədər hər sahədə qanuna hörmət erası açmalıdır.

anspress.com

Oxunub: 39 dəfə | Tarix: 21 Yanvar 2012 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (26)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az