Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
20 Yanvar faciəsi ilə bağlı Kanadada anım konserti keçirilib
Konsert Azərbaycan bu ölkədəki səfirliyi tərəfindən təşkil edilib
Bu gün 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən Ottavada anım konserti keçirilib. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə çıxış edən AR-in Kanadadakı səfiri Fərid Şəfiyev 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib və həmin faciənin tarixi ilə bağlı iştirakçılara məlumat verib.
Daha sonra “Toronto Mendelssohn Trio” qrupunun ifasında Azərbaycan, Rusiya və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə ilk dəfə azərbaycanlı bəstəkar Tofiq Bakıxanovun əsəri və 20 Yanvar faciəsi zamanı həlak olmuş İlham və Fərizə Allahverdiyevlərin xatirəsinə həsr olunmuş Fikrət Əmirovun əsəri əsasında hazırlanmış və Aleksandr Levkoviç tərəfindən yazılmış elegiya ifa olunub.
anspress.com
Oxunub: 38 dəfə | Tarix: 21 Yanvar 2012 | Kateqoriya: Xəbərlər