Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
20 Yanvar həqiqətləri Dubaya da çatdırılır
BƏƏ-dəki “Azərbaycan” Cəmiyyəti Dubay hökuməti nümayəndələrini 20 Yanvar faciəsi barədə məlumatlandırır. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubay əmirliyinin Milli, Xeyriyyəçilik və Dini işlər üzrə nazirin müşaviri və Beynəlxalq İslam İnstitutları idarəsinin rəisi Abdullah Yusif Əl-Əli ilə görüşüb.

Samir İmanov görüş zamanı 22 il əvvəl SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda törədilmiş 20 Yanvar faciəsi ilə bağlı məlumat verib, həmin hadisələrin Azərbaycan xalqına qarşı terror aktı olduğunu bildirib. “Azərbaycan” Cəmiyyətinin sədri 20 Yanvar tarixinin hüzn günü olmaqla yanaşı həmçinin Azərbaycan xalqı üçün qürur günü olduğunu vurğulayıb, həmin hadisələrin Azərbaycan Respublikasının müstəqillik əldə etməsindəki əhəmiyyətindən danışıb. O, 20 Yanvar hadisələrinin ertəsi günü o zaman Moskvada olan Heydər Əliyevin Azərbaycanın o zamankı SSRİ paytaxtındakı daimi nümayəndəliyinə gəldiyini və bu qanlı hadisənin təşkilatçılarını ittiham etdiyini, bu faciədə əli olan hər kəsin qanun qarşısında cavab verəcəyini bəyan etdiyini qeyd edib.

Samir İmanov 20 Yanvar hadisələrinə siyasi qiymətin Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 29 mart 1994-cü ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sədrliyi ilə keçirilmiş iclasında verildiyini bildirib, həmin qərara əsasən hər il 20 yanvar tarixinin Ümumxalq hüzn günü kimi qeyd olunduğunu vurğulayıb. Daha sonra Samir İmanov keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və bunun nəticəsi olaraq Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edildiyini söyləyib və Azərbaycan torpaqlarının hələ də işğal altında qaldığını bildirib.

“Azərbaycan” Cəmiyyətinin sədri Dubay əmirliyinin Milli, Xeyriyyəçilik və Dini işlər üzrə nazirliyinə 20 yanvar faciəsi, erməni terrorçuluğu, Azərbaycan mədəniyyəti və tarixinə dair kitablar təqdim edib. Dubay əmirliyinin Milli, Xeyriyyəçilik və Dini işlər üzrə nazirliyinin Beynəlxalq İslam İnstitutları idarəsinin rəisi Abdullah Yusif Əl-Əli Samir İmanova ətraflı məlumata və təqdim olunan kitablara görə təşəkkürünü bildirib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Yaxın Şərq ölkələrində lazımı səviyyədə təbliğatın aparılmamasından təəssüfləndiyini qeyd edərək “Azərbaycan” Cəmiyyətinin bu sahədəki fəaliyyətini yüksək dəyərləndirib, ədalətin tezliklə bərqərar olunacağına ümidvar olduğunu vurğulayıb.

“Azərbaycan” Cəmiyyətinin sədri Dubay Mərkəzi Kitabxanasının rəhbərliyi ilə də görüşüb onlara 20 yanvar faciəsi barədə ətraflı məlumat və 20 yanvar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni terrorçuluğu, Azərbaycanın zəngin tarixi və mədəni irsinə dair 100-dək kitab hədiyyə edib.

anspress.com
Oxunub: 36 dəfə | Tarix: 21 Yanvar 2012 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (26)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az