Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycan BMT-yə hesabat verəcək
Hesabat yanvarın 17-18-də müzakirə olunacaq. Azərbaycan BMT-nin Uşaq Hüquqları Komitəsinin 59-cu sessiyasında BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının həyata keçirilməsinə dair hesabat təqdim edəcək. Hesabat yanvarın 17-18-də müzakirə olunacaq.
Komitənin tərkibinə daxil olan 18 ekspert İnsan Haqlarına dair Konvensiyaya iki əlavə protokolun müddəalarının həyata keçirilməsinə nəzarət edir. Bu əlavə protokollar uşaqların hərbi münaqişələrdə iştirakını, uşaq alveri, uşaqların fahişəliyə cəlb olunması və uşaq pornoqrafiyası ilə bağlı halları nəzərdə tutur. Sessiya işini fevralın 3-də yekunlaşdıracaq.
Azərbaycan 1992-ci ildə BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasına, 2002-ci ildə isə bu sənədin iki əlavə protokoluna qoşulub. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. 1999-cu ildə ölkəmizdə BMT-nin adı çəkilən konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmişdir. Hökumət tərəfindən Uşaq Hüquqları haqqında Konvensiyanın müddəalarına uyğun olaraq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mütəmadi olaraq hər 5 ildən bir dövri hesabat hazırlanır.
ANSPRESS.COM
Oxunub: 52 dəfə | Tarix: 16 Yanvar 2012 | Kateqoriya: Xəbərlər