TÜRKMƏNISTAN PREZIDENTINƏ BAKI DÖVLƏT UNIVERSITETININ “FƏXRI DOKTORU” ADI VERILIB

Azərbaycanda səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədova Bakı Dövlət Universitetinin (BDU) “Fəxri doktoru” adı verilib.
APA-nın məlumatına görə, bu gün BDU-da Türkmənistan prezidentinə fəxri diplom, mantiya, döş nişanı və digər hədiyyələr təqdim olunub. Q. Berdıməhəmmədov bildirib ki, Türkmənistanda bütün sahələrdə islahatlar aparılır. Təhsil sahəsində islahatların vacib olduğunu deyən Türkmənistan prezidenti Azərbaycanda təhsilin inkişaf etdiyini söyləyib. Ölkəsinin bu sahədə Azərbaycanla əlaqələrinin gündən-günə inkişaf etdiyini bildirən dövlət başçısı iki ölkənin oxşar tarixi, mədəniyyəti olduğunu vurğulayıb. O, Azərbaycan prezidenti İlham Əliyev faydalı danışıq apardığını, hökumətlərarası danışıqlara nail olunduğunu qeyd edib: “Ümid edirəm ki, iki ölkə arasında münasibətlər, xüsusilə elm və təhsil sahəsində əməkdaşlıq daha da inkişaf edəcək”.
Bakı. Tamara Qriqoryeva-APA