Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
AZƏRBAYCANDA AVROPA ŞURASININ NÜFUZU DÜŞÜB
ANDRES HERKEL ERMƏNISTANDA BAŞ VERƏNLƏRDƏN SONRA AZƏRBAYCANDA AVROPA ŞURASININ NÜFUZUNUN DÜŞMƏSI ILƏ BAĞLI FIKIRLƏRLƏ ŞƏRIK OLDUĞUNU BILDIRIB

AZƏRBAYCANDA AVROPA ŞURASININ NÜFUZU DÜŞÜB

“Görüş zamanı Azərbaycan prezidenti bildirdi ki, Ermənistanda baş verən hadisələrdən sonra Azərbaycanda Avropa Şurasının nüfuzu aşağı düşüb”.

APA-nın məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel digər həmməruzəçi Yevgeniya Jivkova ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında söyləyib. O, prezidentin bu məsələ ilə bağlı dəyərləndirməsinə şərik olduğunu bildirib: “Prezidentin “Əgər Avropa Şurasına üzv ölkələrdən birində bir hadisə baş verirsə, bu hadisə digər ölkələrin də həyatına təsir göstərir” fikri ilə razıyıq. Amma bu hər hansı bir ölkədəki situasiyanı əsas götürərək, Azərbaycana dair normaları azaltmağın mümkünlüyü anlamına gəlmir”. Herkel bildirib ki, iyunun son həftəsinin çərşənbə axşamı həmkarı Yevgeniya Jivkova ilə birlikdə hazırladıqları hesabatı AŞ PA-ya təqdim edəcəklər: “Avropa Şurası Parlament Assambleyası da bu hesabat əsasında cümə günü Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin edilib-edilməməsinə qərar verəcək. Bu, konkret şəxsin təyinatı ilə bağlı deyil, yalnız ümumi xarakterli qərar olacaq”. Azərbaycanda medianın durumuna toxunan həmməruzəçilər bildiriblər ki, üç jurnalistin hələ də həbsdə olması onu narahat edir: “Bu, normal hal deyil. Bizi xüsusilə “Azadlıq” qəzeti ətrafında situasiya ciddi narahat edir. Bütün baş verənlər nəticəsində bu qəzetin kollektivinin sayı 40 nəfərdən 20 nəfərədək azalıb”. Andres Herkel Seçki Məcəlləsi ətrafında mənzərənin kifayət qədər qarışıq olduğunu bildirib: “Seçki Məcəlləsinə yalnız texniki dəyişikliklər edilməsi müxalifətin və vətəndaş cəmiyyətinin narahatlığına səbəb olub. Hətta Məcəllənin ilkin variantı parlamentin müzakirəsinə çıxarılmış olsa belə, Venesiya Komissiyası ilə dəqiqləşdirilməli olan məqamlar kifayət qədərdir. Venesiya Komissiyası ilə danışıqlar başa çatması da bizi narahat edir”. Mətbuat konfransında çıxış edən Yevgeniya Jivkova isə Seçki Məcəlləsinə tezliklə müvafiq dəyişikliklər ediləcəyinə ümidvar olduğunu bildirib: “Ümidvarıq ki, bu dəyişikliklər Venesiya Komissiyasının tövsiyələrinə tam uyğun olacaq”. Andres Herkel həmməruzəçiləri narahat edən məqamlardan birinin namizədlər üçün müəyyənləşdirilən depozitin miqdarı ilə əlaqədar olduğunu deyib: “Fikrimizcə, bu miqdar artırılmalıdır”. O, seçki təbliğatının yalnız İctimai Televiziya ilə aparılmasından, dövlət televiziyasında isə namizədlərə pulsuz efir vaxtının verilməməsindən narahatlığını bildirib.

Bakı. Tamara Qriqoryeva-APA

Oxunub: 355 dəfə | Tarix: 20 May 2008 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (26)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az