BMT ÇINDƏ ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏNLƏRƏ 7 MILYON ABŞ DOLLARI YARDIM AYIRIB

Birləşmiş Millətlər Təşkilatı (BMT) Çində zəlzələdən zərər çəkmiş insanlara 7 milyon ABŞ dolları həcmində yardım ayırıb. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, BMT baş katibi Pan Ki Mun “Fövqəladə hallara Yardım Mərkəzi Fondu”ndan Çinin Siçuan əyalətində baş verən zəlzələ zamanı zərərçəkənlərə yardım ayırıb.
Qeyd edək ki, artıq dünən “UNİCEF” çinli uşaqlara məktəbli formaları, çadır və yorğan göndərib. Hazırda isə təmiz içməli su, sanitariya və dərman preparatları göndərməyə hazırlaşır. Həmçinin Ümumdünya Ərzaq Proqramı yaxın günlərdə hadisə yerinə, 1 həftə ərzində 120 min adama kifayət edəcək qədər makaron göndərəcək.
Bakı. Ülviyyə Əliyeva-APA