Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
“SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI HAQQINDA”
“SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI HAQQINDA” QANUN LAYIHƏSINƏ ƏLAVƏ VƏ DƏYIŞIKLIKLƏR AZƏRBAYCAN MILLI MƏCLISINƏ TÖVSIYƏ OLUNUB

“SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI HAQQINDA”

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi bu gün Milli Məclisin İnsan haqları daimi komissiyasında müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komissiyanın sədri Rəbiyyət Aslanova 1998-ci ildə qəbul edilən bu qanunun beynəlxalq hüquqi aktlarla qorunduğunu deyib.

Azərbaycanın Avropa Şurası Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov sənədə ediləcək əlavə və dəyişikliklər layihəsi ilə bağlı beynəlxalq təşkilatlarla üç görüşün keçirildiyini deyib. Sonuncu dəfə 2007-ci ilin dekabrında Venesiya Komissiyası tərəfindən sənədə rəy verildiyini bildirən L. Hüseynov qanuna əlavə və dəyişiklikLər hazırlanarkən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prinsiplərinin də nəzərə alındığını qeyd edib: “Venesiya Komissiyasının son rəyində göstərilib ki, qanun layihəsi bu formada qəbul olunarsa, Avropa standartlarına uyğundur”. L. Hüseynov qanunun bir sıra maddələrinə ediləcək əlavə və dəyişikliklərin texniki xarakter daşıdığını deyib: “Sənədə ediləcək əlavə və dəyişikliyə əsasən, sərbəst toplaşmaq xəbərdarlıq əsasında həyata keçirilir. Sənəddə xüsusi mülkiyyətlərin qarşısında da sərbəst toplaşmaq hüququ tanınır. Toy və yas mərasimlərində isə sərbəst toplaşmaq hüququ məhdudlaşdırıla bilər. Sərbəst toplaşma ilə bağlı yaş məhdudiyyəti qoyulmur.

Vətəndaşlığı olmayanlar və əcnəbilər də sərbəst toplaşmaq hüququna malikdirlər”. L. Hüseynov deyib ki, toplantıların qadağan olunması anlayışı, ümumiyyətlə, qanun layihəsindən çıxarılır: “Yalnız beynəlxalq tədbirlərə hazırlıq ərəfəsində sərbəst toplaşmaq qadağan edilə bilər. Bundan başqa, vətəndaşların əks toplantı keçirmək hüququ tanınır. Hər hansı orqanın qarşısında toplantı keçirilməsi ilə bağlı məsafə 300 metrdən 200-dək azalır. Ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlıqlarda sərbəst toplaşma ilə bağlı qadağa götürülüb”. Venesiya Komissiyası üzvünün sözlərinə görə, layihədə həmçinin şikayətlə bağlı müddət artırılır, sərbəst toplaşma vaxtı ilə bağlı qadağa götürülür: “Polisin güc tətbiq etməsi yaranan təhlükəyə adekvat olmalıdır. Toplantının yalnız hüquq pozuntusuna yol vermiş iştirakçıları məsuliyyətə cəlb edilə bilər”. Müzakirələr zamanı millət vəkilləri bir sıra müddəalara təklif olunan dəyişikliklərdən narahatlıqlarını ifadə ediblər. Fəzail Ağamalı vətəndaşlığı olmayanlara və əcnəbilərə sərbəst toplaşmaq üçün icazə verilməsinin qəbuledilməz olduğunu deyib. Fazil Qəzənfəroğlu isə xüsusi mülkiyyətlərin qarşısında aksiya keçirilməsinə icazə verilməsini mənfi hal kimi qiymətləndirib. İlyas İsmayılov dinin dövlətdən ayrı olduğunu əsas gətirərək, ibadət yerlərində aksiya keçirilməsinə icazə verilməsindən narazı olduğunu bildirib. Qüdrət Həsənquliyev isə aksiya keçirilməsi üçün vətəndaşlara şəhər mərkəzindən kənarda yer verilməsini sərbəst toplaşmağın məhdudlaşdırması kimi qiymətləndirib: “Şəhərin mərkəzində hər hansı mədəni-kütləvi tədbirlər keçirilirsə, o zaman digər motivli aksiyalara da şərait yaradılmalıdır”. Müzakirələrdən sonra sənəd parlamentin müzakirəsinə tövsiyə olunub.


Oxunub: 537 dəfə | Tarix: 16 May 2008 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (26)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az