Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
UNESCO DAĞLIQ QARABAĞDAKI TARIXI ABIDƏLƏRIN QORUNMASI ILƏ BAĞLI HEÇ BIR ADDIM ATA BILMIR
KOIŞIRO MATSUURA: “MÜNAQIŞƏNIN HƏLLI ISTIQAMƏTINDƏ NƏTICƏ ƏLDƏ OLUNMADIĞINDAN UNESCO DAĞLIQ QARABAĞDAKI TARIXI ABIDƏLƏRIN QORUNMASI ILƏ BAĞLI HEÇ BIR ADDIM ATA BILMIR”
“Dağlıq Qarabağdakı mədəni abidələrin qorunması vacib məsələdir”. APA-nın məlumatına görə, bu sözləri UNESCO-nun baş direktoru Koişiro Matsuura deyib. Dağlıq Qarabağ probleminin siyasi məsələ olduğunu qeyd edən baş direktor münaqişənin həlli istiqamətində hələlik heç bir nəticə əldə olunmadığından, UNESCO-nun da tarixi abidələrin qorunması ilə bağlı hansısa addım ata bilmədiyini bildirib: “UNESCO siyasi təşkilat olmadığından, indiki mərhələdə biz bu məsələlərə müdaxilə edə bilmirik. Bununla belə, UNESCO beynəlxalq təşkilat kimi prosesi diqqətlə izləyir”. K. Matsuura UNESCO-nun regiona fakt-araşdırıcı missiya göndərməyi planlaşdırdığını, ancaq səfərin nə vaxt baş tutacağının hələlik məlum olmadığını söyləyib: “Bu missiyanın baş tutması asan olmayacaq”.