31 YAŞLI EKA TKEŞELAŞVILI GÜRCÜSTANIN XARICI IŞLƏR NAZIRI TƏYIN OLUNUB

Gürcüstanın baş prokuroru Eka Tkeşelaşvili xarici işlər naziri vəzifəsinə təyin olunub. APA-nın Gürcüstan saytlarına istinadən verdiyi məlumata görə, E. Tkeşelaşvili hökumətin sabah keçiriləcək iclasında nazir qismində iştirak edəcək.
Xatırladaq ki, əvvəlki nazir David Bakradze hakim partiyanın siyahısında 1 saylı namizəd kimi parlament seçkilərinə qatıldığı üçün vəzifəsindən istefa verib.
E. Tkeşelaşvili 1977-ci il mayın 23-də Tiflisdə dünyaya gəlib. Tiflis Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Beynəlxalq Qırmızı Xaç Komitəsində çalışıb. “Qızılgül inqilabı”ndan sonra ədliyyə nazirinin müavini vəzifəsinə gətirilib. 2005-ci ildə daxili işlər nazirinin müavini təyin edilib. Sonra Tiflis Apellyasiya Məhkəməsinin sədri, ədliyyə naziri və son olaraq baş prokuror vəzifələrində çalışıb.
Tiflis – APA.