TÜRKMƏNİSTAN

Türkmənistan Respublikası Mərkəzi Asiyanın cənub-qərbində yerləşir. Şimaldan Qazaxstanla, cənubda isə İranla, qərbdən Xəzər dənizi ilə həmsərhəddir. Ərazisi 488,1 min km²-dir. Əhalisi 4366,383 min nəfərdir.
Türkmənistan inzibati-ərazi quruluşuna malikdir: vilayət, etrap, şəhərlərdən ibarətdir.
Paytaxtı – Aşqabad.
Dövlət dili – türkmən. Bütün vətəndaşlara ana dilindən istifadə hüququ təmin olunur. Din – islam, pravoslav.
Milli valyuta- manat.
Dövlət və icraedici hakimiyyətin başçısı, Türkmənistanın yüksək vəzifəli şəxsi Prezident hesab olunur. O milli müstəqilliyin, ərazi bütövlüyünün, Konstitusiya və beynəlxalq razılaşmalara əməl edilməsinin qarantı kimi çıxış edir.
Etnik tərkib: türkmənlər, ruslar və s.
