Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Qarabağ Fondu ABŞ-da Qarabağa həsr olunmuş yeni təqvim çap edib
Qarabağ Fondu 2011/2012-ci illər üzrə ABŞ-da Qarabağa həsr olunmuş yeni təqvim çap edib. Fonddan ANS PRESS-ə verilən məlumata görə, Qarabağ: “Keçmişə və gələcəyə baxış” adlanan bu təqvim Azərbaycanın Qarabağ regionunun keçmişini və özünəməxsus ruhunu ifadə edir.
Qarabağın gözəl şəkillərini əks etdirən təqvim Azərbaycan xalqının sevimli musiqi, rəqs, mətbəx və adət-ənənələri haqqında dünyanı məlumatlandırır. Fond tərəfindən seçilmiş mövzular Qarabağın Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutduğunu göstərir.
Azərbaycanın bu önəmli və tarixi yerini işıqlandırmaq üçün fonda dəstək olmaq üçün bu link ilə Qarabağ fondunun internet mağazasına (www.karabakhfoundation.org/pages/shop/) daxil olub təqvim və digər satışda olan əşyaları əldə edə bilərsiniz. Təqvim ABŞ-da çatdırılma ilə birgə 13 dollara satılır. Təqvim almaq ilə siz Qarabağ Fondunu Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıda bilərsiniz. rachel@karabakhfoundation.org electron poçt vasitəsilə təqvimi almaq mümkündür.
www.anspress.com
Oxunub: 328 dəfə | Tarix: 19 Fevral 2011 | Kateqoriya: Türkmənistan