Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Rusiyada terror
Moskva-APA. Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Qələbə Günü ərəfəsində - mayın 5-də terror aktı törədilməsinin qarşısını alıblar. APA-nın məlumatına görə, terror aktına hazırlıqla bağlı Lyublinodan olan 16 yaşlı neonasist saxlanıb. Onun 8 kiloqramlıq partlayıcı qurğunu adamların gur olduğu yerdə partlatmağa hazırlaşdığı güman edilir. Həmin şəxsin indiyədək keçirilmiş digər terror aktlarında iştirakı istisna edilmir. Qeyd edək ki, 2007-ci ilin mayında Moskvada irimiqyaslı terror aktının qarşısı alınıb. Mayın 8-də paytaxtın Profsoyuz küçəsində içərisində 20 kiloqram plastid olan, minalanmış “VAZ-2107” markalı maşın aşkarlanıb. Terror aktına hazırlıqla bağlı 3 nəfər Çeçenistan vətəndaşı həbs olunub, onlara qarşı Çeçenistan prezidenti Əhməd Kadırova qarşı terror aktı gerçəkləşdirmək maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 253 dəfə | Tarix: 11 Iyun 2009 | Kateqoriya: Rusiya