RUSİYA Rusiya Federasiyası (Rusiya) – Avropanın şərqində və Asiyanın şimalında yerləşən dövlətdir. Ərazisi 17, 075 mln km² sahəni əhatə edir. O, aşağıdakı ölkələrlə həmsərhəddir: Norveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Belorusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan, Şimali Koreya. Həmçinin su sərhədləri: ABŞ, Kanada, Yaponiya. Əhalisi 143,4 milyon nəfər (1 yanvar, 2005), bütün əhalinin 4/5 Avropa hissəsində cəmlənmişdir (Ural da daxil olmaqla), şəhər əhalisi 73%; ruslar 81.5%; 180-dan çox millət yaşayır. Əhalinin çoxu xristiandır (əsasən pravoslavlar), həmçinin müsəlmanlar, yəhudilər, buddistlər və.s. Rəsmi dil rus dilidir.
|