İRANDA AZƏRBAYCANIN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLƏ BİLƏR.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev İranda səfərdədir. Nazirliyin mətbuat xidmətinin 1new.az-ın verdiyi məlumata görə səfər çərçivəsində İranda Azərbaycan, Azərbaycanda isə İran mədəniyyət günlərinin keçirilməsinə dair məsələləri müzakirə etmək məqsədilə bir sıra rəsmi şəxslərlə görüşlər planlaşdırılır.
BAKIDA XƏZƏRIN HÜQUQI STATUSUNUN MÜƏYYƏNLƏŞDIRILMƏSI ÜZRƏ IŞÇI QRUPUN NÖVBƏTI ICLASI KEÇIRILƏCƏK.
Xarici İşlər Nazirliyi xəbər verir ki,Xəzərin hüquqi statusunun müəyyənləşməsi üzrə işçi qrupun növbəti iclası iyulun 23-24də Bakıda həyata keçiriləcək.Tərəflər razılığa gəlmədikləri Konvensiya Layihəsinin bəndlərini müzakirə edəcəklər.