DÜNYADA HƏLƏ KİFAYƏT QƏDƏR NEFT VAR, AMMA BU UZUN ÇƏKMƏYƏCƏK
Aleksandr Kolandr
Rusiyada neft hasilatı ehtiyatların artımından daha tez böyüyür. Bu nəticəyə British Petrolium şirkətinin illik hesabatı olan 'Denya enerjisi - 2005' -dən gəlmək olar.
BP-nin məlumatına görə, il ərzində Rusiya hasilatın həcmini 8.9% artırmışdır - gündə 9.3 barrel. Bu ABŞ-dakından günə 2mln barrel çox, dünya hasilatının lideri-Səudiyyə Ərəbistanından isə 1.3 mln azdır.
Eyni zamanda, Rusiyada son bir il yarım ərzində neft hasilatının artım sürəti demək olar ki, dayanmışdır, ötən il üçün ümumi göstərici (8.9%) təsir bağışlayır.
Dünya neft hasilatı artımının lideri - İraqdır, burada il ərzində hasilatın həcmi 51% artmışdır.
Afrikadakı neft yataqlarına olan artan marağı Ekvatorial Qvineyada neft hasilatının ildə 41% sürətlə artması ilə göstərmək olar. Qazaxstanda hasilat iki dəfə sürətlə artır. Artım həm də OPEK ölkələrində də gedir.
ABŞ, Norveçdə və Britaniyada hasilat azalır. Ancaq, digər ölkələrdəki artımı nəzərə alaraq, 2004-cü ildə neft istehsalı artım sürətinə görə istehlakı demək olar ki, dörd dəfə ötmüşdür. Bir il ərzində, dünya nefti 4.5% çox hasil (gündə 80.2 mln barrel) və 3.4% çox (80.7%) istehlak etməyə başladı.
Hətta, dünyada istehlak olunan neftin dörddə biri payına düşən ABŞ-da təqribən 3 faizlik artım və Çində 15 faizlik artım dünya istehlakına sürətə görə hasilat artımını keçməyə imkan vermir.
Bu məlumatlar bazar analitiklərinin sözlərini təsdiqləyir ki, dünyada kifayət qədər neft hasil olunur və ona olan həddindən artıq yüksək qiymətlər neft emal edən strukturların azlığı ilə əlaqədardır.
Bu izahat BP hesabatında öz təsdiqini tapır - bir il ərzində dünyada neft emaledici strukturlar cəmi 0.8% artmışdır ki, gördüyümüz kimi, bu da istehlak artımından 4 dəfə azdır.
Nəzərə alsaq ki, OPEK-in hasilat həcmi orta dünya göstəricilərindən bir yarım dəfə tez artır, çətin ki, hasilatın kvotasının kəskin azaldılması gözlənilsin. Bu neftin qiymətlərinin qaçılmaz kəskin düşməsini haqqında bir sıra bankların analitiklərinə imkan verir, ancaq hər belə bir proqnoza əks proqnoz da mövcuddur.
Lakin, göstərilənləri nəzərə alaraq, xüsusi narahatlıq doğuran neft emaledici strukturların ləng inkişaf tempi yox, ümum dünya neft ehtiyatlarının artımının olmamasıdır.
Başqa sözlə, bir il ərzində nə qədər neft əldə olunmuşdusa o qədər də kəşf olunmuşdur, il ərzində ümumdünya neft ehtiyatlar 1.188 trillion barrel səviyyəsində qalmışdır, keçən 10 il ərzində isə bu göstərici yalnız 1.7% artmışdır. Müqayisə üçün göstərək ki, 1984-cü illə 1994-cü il arasında ümumdünya neft ehtiyatlarının həcmi 3 dəfə artmışdır.
Cari neft hasilatı və neft qiymətlərinin həcminə görə dünyada neft 40 ilə bəs edər. Bu isə o deməkdir ki, 2045-ci ilə qədər bütün neft mühərrikəri köhnələcək - bu vaxta qədər istehlak da azala bilər və ya bu vaxta qədər qeyri-produktiv ehtiyatların işlənməsinin yeni metodları ixtira ediləcək.
Rusiyada 21 ildən bir az çox vaxta bəs edəcək neft qalıb. İki il ərzində bu göstəricisi bir ildən az vaxta azalmışdır. Bu o deməkdir ki, yeni ehtiyatlar hasil olunan neftdən çox yaranır.
Köhnə SSRİ dostlarından ruslar qazaxlara qibtə edə bilərlər: Qazaxstanda neft böyük həcmli ehtiyatlarla və nisbətən hələ böyük olmayan neft hasilatı ilə cəmi 83 illik qalıb. Təbii ki, yeni neft yataqları kəşf edilməsə, hasilat isə artsa, bu göstərici azalmağa başlayacaq.
Ö
zlüyündə dünyanın neft mərkəzi bankı olan Səudiyyə Ərəbistanında neft 42 illik müddətə bəs edər, İranda isə bu rəqəm 89 ildir.
Neft fəlakətçilərindən fərqli olaraq, optimistlər deyirlər ki, texnoloqiyaların inkişafı gələcəyi daha az tutqun edə bilər - bir sıra qeyri-produktiv yataqlarda neft hasilatı çox sərfəli olacaq, və bunu da ümumdünya ehtiyatlarına əlavə edəcəklər.
Hələlik isə, BP-nin statistikasına görə, bu nəzər nöqtəsi açıq təsdiqə malik deyil. Bir sözlə, bütün əvvəlki texnoloji sıçrayışlar, məsələn, seysmokəşfiyyatın yeni texnoloqiyaları axıcı dəyişiklərlə yox məhz sıçrayışla baş verirdi.