|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
XƏZƏR DƏNİZİNİN VƏZİYYƏTİNİ FACİƏLİ ADLANDIRMAQ OLMAZ
|
XƏZƏR DƏNİZİNİN VƏZİYYƏTİNİ FACİƏLİ ADLANDIRMAQ OLMAZ Avrasiya Media – Mərkəzi Son bir neçə ayda bəzi mütəxəssislər və kütləvi informasiya vasitələri Xəzər dənizində ağır ekoloji durum barədə şoka salan bəyanatlar verirdilər. Lakin mütəxəssislərin böyük hissəsi əmin edirlər ki, regiondakı bəzi narahatçılıqlara baxmayaraq, dünyanın ən böyük gölünün ekoloji durumunu heç cürə böhranlı adlandırmaq olmaz. BMT-nin Xəzər dənizinin ekologiyası üzrə layihəsinin rəhbəri doktor Həmid Qaffarzadə Xəzər dənizi ilə bağlı bəzi məsələlərin şişirdilməsinə öz narazılığını bildirdi. “Bu növ fəaliyyət ictimaiyyətin qısa müddətli diqqətini cəlb edir, lakin uzunmüddətli dövrdə insanlar üçün öz mühümlüyünü itirir. Bundan başqa, Xəzər regionunun bütün bəlalarında öz qonşularını ittiham etmək son nəticədə onların Xəzərin ekologiyasının mühafizəsi sahəsində əməkdaşlıqdan imtina etmələrinə gətirib çıxarır.” Qaffarzadənin bəyan etdiyi kimi, fikirlər regionun bütün ölkələrindən əldə olunmuş kompleks və nizamlanmış informasiya əsasında söylənilməlidir. Təəssüf ki, Xəzər dənizinin ekologiyasında həmin dəyişikliklərin dəqiq elmi nəzarət mexanizmi yaranmayıb, özəl və fəsil yoxlamalarının nəticələri bütün ekosistemə aid edilməyib. “Xəzər dənizində elə problemli zonalar var ki, onlar gölün ekologiyasına neqativ təsirlə bağlıdır, lakin onları ümumiləşdirmək və Xəzərin bütün ekosisteminin böhranı haqqında danışmaq olmaz”, - BMT layihəsinin rəhbəri yekunlaşdırdı. BMT-nin Xəzər dənizinin ekologiyasına dair proqramında çirkləndirmə üzrə ekspert olan digər mütəxəssis, Məhəmməd Reza Şeyx Al-Eslami bütün mütəxəssisləri bu hövzədəki vəziyyəti keyfiyyətli mövqedən qiymətləndirməyə çağırıb. “ “Yoxolma”, “ətraf mühitin düzəlməyən çirklənməsi” və.s kimi ifadələrin işlədilməsində ehtiyatlı olmaq lazımdır”, -o dedi. Şeyx Al-Esmani qeyd etdi ki, əvvəlcə çirklənmə mənbələrini daimi və qeyri-daimi mənbələrə tamamilə ayırmaq, sonra isə izləmə və nəzarət sisteminin yaranması yolu ilə çirkləndirmələrin ləğvinə başlamaq lazımdır. Ekspert Xəzər dənizinin ekologiyasının müdafiəsinə dair Konvensiyanın imzalanmasını ciddi addım adlandırdı və bəyan etdi ki, bu sənədin Xəzəryanı ölkələrin qanunverici orqanlarında təsdiq olunmasından sonra müvafiq protokolların imzalanması və çirklənmələrin izlənilməsi və ləğvi sahəsində hər bir ölkənin vəzifələrinin detallarla müəyyən edilməsi imkanı yaranacaq. Bakı Dövlət Universiteti nəzdində Xəzər dənizi üzrə elmi informasiya mərkəzinin rəhbəri Çingiz İsmayılov həmçinin Xəzər dənizinin durumu barədə dəqiq məlumatın əldə edilməsi üçün tədqiqatın aparılması zərurətini təsdiq etdi. O qeyd etdi: “Buna qədər hər hansı bir bəyanatı əsaslanmış hesab etmək olmaz”. Astara, İRNAwww.eurasia-media.ru
|
Oxunub: 918 dəfə | Tarix: 12 Aprel 2008 | Kateqoriya: Tədqiqatlar
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|