Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
XƏZƏRİN EKOLOGİYASI DAHA ÇOX NEFTDƏN PİSLƏŞİR
XƏZƏRİN EKOLOGİYASI DAHA ÇOX NEFTDƏN PİSLƏŞİR

Neft və qaz vertikalı

Qədim Xəzər dənizi bu gün beş dövlətin sahillərini yuyur – Azərbaycan, İran, Qazaxstan, Rusiya və Türkmənistan. Lakin ona son zamanlar bir çox digər dövlətlər də, xüsusən ABŞ və Qərbi Avropa ölkələri diqqət yetirirlər. Bu maraq dənizdə nəhəng təbii enerji daşıyıcılarının mövcud olması ilə şərtlənir – neft və qaz. Son illərdə dünya KİV-ində Xəzər dənizi əsasən beynəlxalq neft konsorsiumu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi ilə əlaqədar xatırlanır. Çox təəssüf ki, Xəzər hövzəsinin ekoloji problemləri haqqında az yazılır. Baxmayaraq ki, neft sahələrinin düşünülmədən emalı və insanların digər texnogen fəaliyyətləri Xəzər dənizinin nadir təbiətinə və bioresurslarına birbaşa təhlükə daşıyır.

Yerli ekoloq və təbiətin müdafiəçiləri (“yaşıllar”) hökumətlərin və ictimaiyyətin diqqətini Xəzərdə böyüyən ekoloji böhran təhlükəsinə cəlb etməyə cəhd edirlər. Burada xüsusilə aktiv iştirakı Azərbaycan “yaşılları” həyata keçirir. Bu yaxınlarda “Yeni yaşıllar” partiyasının təşkilat komitəsinin sədri və məşhur azərbaycan politoloqu Oktay Sadıqzadə çap və elektron KİV-də azərbaycan yaşıllarının Xəzərdəki ekoloji vəziyyətə münasibətini işıqlandırmışdır.

O. Sadiqzadə xatırladır ki, Xəzər dənizi dünya okeanı ilə əlaqəsi olmayan dünyada ən böyük su hövzəsidir (bəzi alimlər onu göl adlandırır). 200 ildən artıqdır ki, Xəzərin elmi öyrənilməsi davam edir, lakin onun bir çox dəniz və ekoloji sirrləri hələ də açılmamış qalır. Əldə olan məlumatlara görə, Xəzərin dibində təxminən 26 mlrd tona yaxın neft və 3 trln.kub metrdən çox təbi qaz ehtiyatları yerləşir, bu isə bir çox digər dəniz və qapalı hövzələrin təbii resurslarının həcmini ötüb keçir.

Azərbaycan “yaşıllarnın” liderinin fikrinə görə, Azərbaycanın sərvətlərindən və onun vətəndaşlarının yaşayış həyatından savayı bu resursların istismarı gənc Azərbaycan dövlətinin artıq qarşısında duran böyük ekoloji problemlərin meydana gəlməsi ilə nəticələnə bilər. Xəzərin çirklənməsi əsasən buraya məişət, sənaye-məişət və təmiz sənaye tullantılarının, kənd təsərrüfatı qalıqlarının atılması və həmçinin neft və qaz quyularının istismarı nəticəsində baş verir.
Həmçinin ekovəziyyəti Xəzərin dibində baş verən təbii və təbiət kataklizmləri də ağırlaşdırır. Xəzərə tökülən qarışıq neft məhsullarının həcmi normadan 8 dəfə çoxdur, fenolun və ağır metalların həcmi isə 3 dəfə normanı aşır. Xəzər dənizinin sahil zonasında bu gün 200 şəhər və şəhər tipli qəsəbə yerləşir. Təxmini hesablamalara görə, təkcə Bakıda hər il 300 mln kub.m. çirkli su dənizə axıdılır.

Vəziyyəti həmçinin yeraltı tunnellər də çətinləşdirir hansı ki, onlardan çirkli sular və sənaye tullantıları basseynə sızır. Ən təhlükəli çirklənmə, şübhəsiz neft çirklənməsidir. Bir ton xammal neft 12 kv.km dəniz ərazisini çirkləndirir. Nəticədə hövzənin bioloji balansı, onun təbiət tarazlaşması pozulur. Quruda təkcə Abşeron yarımadasının ərazisində 3 minə yaxın nəzarətsiz buraxılmış neft quyuları var, neft çirklənməsinin ümumi həcmi burada 35 min. Kv.metrdən çoxdur, 10 hektar torpağın müasir avadanlıqla təmizlənməsi üçün isə 5 milyon dollar vəsait tələb olunur.

O. Sadıqzadə göstərir ki, 1977-ci ilə qədər Xəzərin səviyyəsi minimal dərinlikdə yerləşirdi. Nəticədə, sahilyanı obektlər dənizə tərəf çəkilmişdir. 1973-cü ildən başlayaraq 1999-cu ilə qədər dənizin səviyyəsi 2 metr qalxıb, və bəzi sənaye obyektləri, neft quyuları və yaşayış evləri su altında qalıb. Bu şəraitdə Azərbaycanın keçmiş prezidenti mərhum Heydər Əliyev xüsusi fərman vermişdir ki, bu fərman sahil zonasınn 130 metrlik xəttinin boşaldılmasına toxunurdu. Xəzərin səviyyəsinin dəyişməsi həmişə müşahidə edilib, bu yer qabığının tektonik prosesləri və iqlim dəyişkənliyi ilə bağlı olub.
SSRİ dövründə Xəzər dənizinin hüquqi statusu Sovet İttifaqı və İran arasında 1921-ci il və 1940-cı il müqavilələrinə görə tənzimlənirdi, burada Xəzərdən Sovet İttifaqının və İranın xüsusi istifadəsi nəzərdə tutulurdu. Bununla belə bu ölkələrin gəmilərinin göyərtəsində üçüncü ölkələrin vətəndaşları ola bilməzdilər. SSRİ və İran həmçinin Xəzər akvatoriyasında balıq ovunun müstəsna hüququna malik idilər. Sovet-İran müqavilələrini MDB ölkələrindən heç biri rədd etməyib, üstəlik, onlar MDB sistemində münasibətlərin mühüm bir hissəsini təşkil edir və Almata bəyanatının bütün maddələri ona sübutdur.
O. Sadıqzadənin zənn etdiyi kimi, Xəzər dənizinin hüquqi statusunun nizamlanmaması – beş xəzəryanı dövlətlərin dövlət və iqtisadi maraqlarının toqquşmasının nəticəsidir.Və burada məsələ coğrafi yox, siyasi müstəvidə gedir. Burada bölünmə prinsipinə 12-millik zonadan başlayaraq 20%-lik paylara qədər (İranın təklifi) çoxlu sayda “lehinə” və “əlehinə” arqumentləri göstərmək olar.

Lakin, azərbaycan “yaşıllarının” firkinə görə, Xəzər hövzəsinin sektorlara bölünməsi sahil dövlətlərinin ekoloji təhlükəsizliyi və ekoloji maraqları hesabına həyata keçirilməməlidir. Bu şəraitdə birgə dövlətlərarası layihələrin genişləndirilməsi həm ehtiyaca çevrilir, və həm də Xəzər regionunda iqtisadi, ekoloji uğurların təminatı kimi çıxış edir.
Yuxarıda göstərilən problemlərlə əlaqədar olaraq Azərbaycan “yaşılları” aşağıdakı tədbirləri təklif edirlər: ekoloji vəziyyətin stabilləşdirilməsi və yaxşılaşdırılması üzrə Xəzəryanı ölkələrin beynəlxalq şurasını yaratmaq; bölgünün sektorial prinsipini rəhbər tutaraq Xəzərin Azərbaycan sektorunda ekomonitorinq işləri istiqamətində real daxili investisiyaların həcmini artırmaq; Xəzər dənizinin problemlərinin öyrənilməsi və tədqiqatı üzrə dövlət elmi-analitik mərkəzi yaratmaq; ekoloji təhsil və ekologiya sahəsində beynəlxalq əməkdaşlıq sistemini təşkil etmək və inkişaf etdirmək; layhilərin və sənədləşmələrin təkcə dövlət ekoloji ekspertizasını keçirmək yox, həmçinin müstəqil ekoloji mərkəzlər və təşkilatlar tərəfindən ekspert araşdırmaların aparılması.

Güman etməyə belə bir əsas var ki, azərbaycan “yaşıllarının” narahatçılığı öz əksini Xəzər hövzəsinin digər dövlətlərində də tapır. Aydındır ki, Xəzər dövlətlərinin yalnız birgə və əlaqələndirilmiş fəaliyyəti və enerji resurslarının hasili, emalı və nəql edilməsinə bağlı olan dövlət və kommersiya sturkturlarının məsuliyyətli mövqeyi Xəzər dənizinin ekoloji vəziyyətini yaxşılaşdırmağa və onu gələcək nəsillər üçün qorumağa qadirdir.

Oxunub: 1861 dəfə | Tarix: 12 Aprel 2008 | Kateqoriya: Tədqiqatlar
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (28)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az