Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
XƏZƏR -XALQIMIZIN KEÇMİŞİ VƏ DÖVLƏTÇİLİYİMİZİN GƏLƏCƏYİ FONUNDA
XƏZƏR - XALQIMIZIN KEÇMİŞİ VƏ DÖVLƏTÇİLİYİMİZİN GƏLƏCƏYİ FONUNDA (2. ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNDƏ XƏZƏR REGİONU AMİLİ)

Lamiyə Şirvanzadə

Həm geostrateji mövqeyi, həm də təbii sərvətləri ilə bugün dünya dövlətlərinin diqqət mərkəzində olan Xəzər regionu hələ SSRİ-nin mövcud olduğu bir dövrdə imperiyanın cənubunda mühüm dayaq nöqtələrindən biri hesab olunurdu. Lakin böyük imperiyanın çökməsi ilə artıq əvvəlki təsir vasitələrini itirən Rusiyanın Xəzər regionunda və proseslərin bağlılıq dərəcəsinə görə Orta Asiyada təsirinin laxlamasından regionda marağı olan Qərb dövlətləri, xüsusilə ABŞ istifadə etməyə başladı. Lakin həm Rusiya, həm də ABŞ-nın regiona yönəli siyasətində nəzərə almalı olduğu amillər vardır ki, məhz bu amillər regionda nüfuz uğrunda mübarizədə əsas rəqib sayılan bu iki dövlətin siyasi kursunu müəyyənləşdirir. Bu amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:

Coğrafi amillər: Rusiya üçün- hər şeydən əvvəl regiona birbaşa bitişik yerləşməsi ona ilkin avantaj verir; ABŞ üçün- ABŞ-nın coğrafi uzaqlığı onun burada uzun illərdir ki, tam üstünlüyü ələ almasına mane olur.

İqtisadi amillər: Rusiya üçün - Xəzər regionu və Orta Asiya iki əsrə yaxın Rusiyanın mərkəzləşdirilmiş imperiya iqtisadiyyatının xammal əlavəsinə, periferiyasına çevrilmişdir. Bu baxımdan imperiyanın çökməsindən sonra region dövlətlərinin Rusiya iqtisadiyyatından asılılığı özünü müstəqilliklərinin ilk illərində daha güclü gəstərirdi. Onu da nəzərə almaq lazımdır ki, bu dövlətlərdən Rusiyanın müxtəlif vilayətlərinə milyonlarla miqrant işləməyə gəlir və bu fakt region dövlətlərinin son illər Qərb investorlarını Xəzər sərvətlərinə cəlb edərək şimal qonşularından asılılıq dərəcəsini azaltmaq yolundakı cəhdlərinə bir qədər mane olur; ABŞ üçün - ABŞ Xəzərin karbohidrogen ehtiyatlarının əsas alıcısıdır və bu məqsədlə regionun Azərbaycan, Türkmənistan, Qazaxstan kimi dövlətlərinə müxtəlif həcmli investisiyalar qoymuşdur.
Hərbi amillər: Rusiya üçün- bu məsələdə Rusiyanın hələ də malik olduğu avantajı ondan ibarətdir ki, SSRİ dağıldıqdan sonra belə, Rusiya dünyada ABŞ-dan sonra hərbi qüdrətinə görə ikinci dövlət olaraq qalır. Bu mövqeyini qoruyub saxlamaq üçün Rusiyada son illər, xüsusilə V. Putin hakimiyyətə gəldikdən sonra silahlı qüvvələrdə aparılan islahatlarda kəmiyyət deyil, keyfiyyət amilinə üstünlük verilmişdir; ABŞ üçün- ABŞ-nın əsaslandığı meyar isə, beynəlxalq aləmdə qüvvələr balansının dəyişməsində böyük rolu olmuş 11 sentyabr hadisələrindən sonra Əfqanıstandan başlayaraq Qafqaza doğru ABŞ-nın hərbi yerləşməsi siyasətidir. Belə ki, 11 sentyabr terror aktlarından sonra Əfqanıstanda taliblərə qarşı mübarizə aparmaq üçün Orta Asiyada hərbi bazalar yaratmaqla ABŞ-nın regionda hərbi yerləşməsi prosesinin davamı kimi Qafqazda Gürcüstan və Azərbaycanın NATO xətti ilə ABŞ-la hərbi əməkdaşlığı genişləndirməsi Xəzər regionunda ABŞ-nın öz təsirini xeyli artırmasına işarədir.

Mədəni amillər: Rusiya üçün- Rusiyanın regionda XIX əsrin əvvəllərindən başlayaraq iki əsrlik hakimiyyət tarixi vardır və bu ona özündən sonra bu ərazilərdə Rusiyaya meylli kifayət qədər ortaq düşüncəli insan qoyub getməsinə imkan vermişdir; ABŞ üçün- regionda ABŞ-nın dayağı sayılan yeganə mədəni amil 90-cı illərin əvvəllərindən başlayaraq, regiona yol açan amerikan mədəniyyəti, musiqisi, filmləri və geyim tərzidir.
Göstərilən amilləri nəzərə alaraq bu gün Xəzər regionunda əsas real rəqiblər hesab olunan Rusiya və ABŞ-nın məqsədlərini aşağıdakı şəkildə qrulaşdırmaq olar:

regionda ABŞ-nın üstünlük qazanmasına yol verməmək;

regionda öz hərbi mövqeyini saxlamağa çalışmaq;

Xəzərin zəngin karbohidrogen ehtiyatlarının istismarında Rusiya kompaniyalarının əlverişli iştirakını təmin etmək.

ABŞ regionla bağlı məqsədlərinə isə:

regionda nüfuz uğrunda rəqabətdə öz çəkisini artırmaq;

regionun təbii ehtiyatlarının istismarında ABŞ kompaniyalarının iştirakını təmin etmək;

regionun yeni müstəqil dövlətlərində öz hərbi iştirakını dərinləşdirmək- daxildir.

Buradan belə nəticə çıxarmaq olar ki, regionda kəsişən maraqları olan bu iki dövlət arasında ziddiyətlərin olması təbii haldır və qaçılmazdır.

Qeyd etmək istərdim ki, bu gün coğrafi amil istisna olmaqla, beynəlxalq aləmdə gedən proseslər nəticəsində digər üç amilin ABŞ-nın regionda xüsusi çəkisinin artmasına xidmət etməsi Rusiya ilə yanaşı, uzun illərdir ki, ABŞ-la gərgin münasibətdə olan İranı da olduqca narahat edir. Məsələyə Rusiya və İranın mövqeyindən baxıldıqda bu narahatlığın əsas səbəbi ortaya çıxır. Belə ki, iki əsrə yaxın bir zaman kəsiyində təbii sərvətlərlə zəngin olan, mühüm ticarət yollarının kəsişdiyi yerdə əlverişli mövqedə yerləşən Xəzər regionunda Rusiya və İran üçüncü bir dövlətin müdaxiləsi olmadan şərikli üstünlüyə malik olmuşlar. 90-cı illərdə isə bir tərəfdən region dövlətlərinin müstəqillik əldə etməsi, digər tərəfdən isə, bu dövlətlərin Rusiyanın yenidən öz mövqelərini bərpa etmək siyasətini yeridəcəyindən ehtiyat edərək Qərblə, xüsusilə ABŞ-la əməkdaşlığa böyük əhəmiyyət verməsi İran və Rusiyanı xeyli yaxınlaşdırdı.

Maraqlıdır ki, Rusiyanın Xəzər regionunda İrandan sonra ikinci əsas dayağı hesab etdiyi, hətta ABŞ-nın Orta Asiyaya hərbi yerləşməsi zamanı yeganə düzgün balanslaşdırılmış siyasət aparan dövlət kimi qələmə verdiyi Qazaxstanın son illər Qərblə daha geniş iqtisadi əlaqələr qurmaq cəhdi, hətta Rusiya və İranın narahatlıqla qarşıladığı Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulmaq yolundakı addımları Xəzər regionunda Rusiyanın təsir imkanlarının daha da təhlükə altında olduğundan xəbər verir.

Sahilyanı dövlətlərdən ziddiyətli mövqeyi ilə seçilən Türkmənistanın rəsmən özünü bitərəf dövlət elan etməsi ilə yanaşı, öz təbii sərvətlərinin əlverişli mənimsənilməsi,özünü bu dövlətlərin gözündə maraqlı dövlətə çevirmək məqsədilə 90-cı illərin əvvəllərindən təşkil etdiyi müxtəlif biznes forumlar onun da Rusiyanın təsirinə düşməməyə meylli dövlətlər sırasında olduğunu göstərir. Türkmənistanla bağlı nəzərə alınmalı olan məqam ondan ibarətdir ki, onun İranla həm iqtisadi, həm də tarixi qonşuluqdan irəli gələn olduqca yaxın münasibətləri vardır ki, bu, İranın Orta Asiyaya müxtəlif aspektlərdən daxil olma imkanlarını artıra bilər. Bundan əlavə regionda Türkiyə, Çin, Pakistan, Yaponiya kimi dövlətlərin də təsirinin artması və onların regiona münasibətdə özlərinə xas məqsədlər daşıması həm Rusiyanı, həm də ABŞ-ı regionla bağlı siyasətdə bu məqamları nəzərə almağa vadar edir.

Bütün bunlar bugün Xəzər regionunun beynəlxalq aləmdə olduqca mürəkkəb münasibətlər qovşağında yerləşməsini sübut edir.

Oxunub: 644 dəfə | Tarix: 12 Aprel 2008 | Kateqoriya: Tədqiqatlar
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (26)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az