TÜRKİYƏNİN AVROPA İTTİFAQINA DAXİL OLMA PERSPEKTİVLƏRİ
A.A. Qurev
20 iyun, 2005-ci ildə, Avropa komissiyası oktyabrın 3-dən başlayaraq Türkiyənin Avropa İttifaqına qəbul olması məsələsi ətrafında danışıqların başlanmasını rəsmi olaraq elan etdi. Avropa komissiyasının genişlənmə məsələləri üzrə komissarı Olli Ren bəyan etdi ki, bu ölkəni öz sıralarında görmək istəməyən ölkələrin mənafeyini əks etdirən 'uzunsürən və qızğın debatlardan' sonra bu haqda qərar qəbul edilmişdir. Onun sözlərinə görə, danışıqların vaxtının rəsmi elan olunması Türkiyə üçün müsbət nəticələnəcək danışıqların təminatıdır. Ren qeyd etdi ki, Türkiyənin taleyinin naməlum qalacağı təqdirdə ona 'onun rolunu avropa strukturlarında möhkəmləndirən xüsusi status' verilməlidir. Bununla bərabər, avrokomissiyanın genişlənmə məsələləri üzrə komissarı göstərmişdir ki, 'Avropaya stabil demokratik Türkiyə lazımdır. Türkiyəyə avropa ailəsinin bir üzvü olmağa hazır olduğunu sübut etmək üçün imkan verilməlidir ki, bu da Avropa İttifaqının strateji maraqlarını əks etdirir'. O, həmçinin, öz şəxsi fikrini vurğuladı ki, 2014 cü ildən tez olmayaraq Türkiyə Avropa İttifaqına daxil ola biləcək.
Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlar qrafikinin elan olunması bu ölkənin avropa klubuna daxil olması perspektivləri mövzusunu yenidən qaldırmağa zəmin yaradır. Avrokomissiya isə bəyan edərək ki, bu qərarı hələ Avropa İttifaqının 25 ölkəsi yekdilliklə qəbul etməlidir bu qrafiki ruh yüksəkliyi ilə qəbul etmədi. İlk dəfə olaraq ittifaqa qəbul haqqında danışıqlar rəsmi olaraq vaxtla məhdudlaşdırılmamışdır və İttifaqın aparıcı ekspertlərinin fikirlərinə görə, onların nə vaxtsa müsbət nəticələnməsinə heç bir təminat verilmir.
Avropada keçirilən son referendumların nəticələri İttifaqın ümumilikdə genişlənməsinə qarşı olan artan müqavimət tendensiyaların olduğunu göstərir və burada Türkiyə- ən mübahisəli namizəddir. 'Faynenşl Tayms' bu barədə qeyd edib: 'Yazıq Türkiyə. 42 il gözləmə otağında qalandan sonra danışıqların başlanması üçün təyin olunan vaxt daha az əlverişli ola bilərdi'.
Həqiqətən də, uzun illər ərzində Türkiyə xarici siyasətində prioritet istiqamət ölkənin Avropa İttifaqına qəbul olunması hesab edilir. Öz-özlüyündə bu ideya tam olaraq Türkiyə Respublikasın rəsmi ideologiyası olan Atatürkizmə uyğun gəlir ki, burada əsas məsələ Türkiyə dövlətinin ziyalı xarakteridir, barışmaz İslamın hər hansı bir formasının baş qaldırmasına imkan verməyən ardıcıl siyasət.
Türkiyə Respublikası ilk dəfə olaraq 31 iyul, 1959-cu ildə B. Menderesin hökuməti zamanı Avropa İttifaqına(o zaman Avropa İqtisadi Birliyi) assosativ üzvlük ərizəsi ilə müraciət etmişdir. Lakin 1960-cı il çevrilişindən sonra bu proses dayandı. Yalnız 12 sentyabr, 1963-cü ildən Türkiyə paytaxtı Ankarada birlik haqda razılaşma imzalandı ki, bu da 1964-cü ilin dekabrın 1-dən qüvvəyə mindi. Bu razılaşma ilə əlaqədar olaraq tərəflərin məqsədləri və Türkiyənin Avropa İttifaqına interqrasiyasının 3 mərhələsi müəyyən edilmişdir.
Birinci mərhələdə Türkiyə AİB üzvlərinə heç bir ticarət üstünlükləri vermirdi. İkinci mərhələdə, hansının ki, icrası 23 noyabr, 1970-ci ildə Əlavə protokol və Assosasiya haqda Konvensiya imzalandıqdan sonra həyata keçirilməyə başladı, rüsumların, vergilərin, tariflərin mərhələli azaldılması və AİB-dən gələn məhsullara münasibətdə məhdudiyyətlərin aradan qaldırlması prosesi başlandı. Bundan başqa, etapın nəzərdə tutulan 22 il ərzində, Türkiyə AİB-in kənd təsərrüfatı siyasətinə uyğunlaşmalı və Vahid xarici tarif qəbul etməli idi. Öz növbəsində AİB mərhələlərlə Türkiyə sənaye idxalına olan tarifləri və məhdudiyyətləri aradan qaldırmalı və Türkiyədən 90% kənd təsərrüfatı məhsullarının idxalına imtiyazlar qoyulmalı idi.
Üçüncü mərhələdə, gömrük ittifaqının yaradılmasının başa çatması, türkiyədən işçi qüvvəsi və kapitalın miqrasiyası reqlamentləri qəbul edilməli idi. Bütün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi 1995-ci ilə qədər planlaşdırılırdı. Türkiyə yuxarıda qeyd edilən sənədlərdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirməyə nail oldu və 1996-cı il, yanvarın 1-dən sənaye malları ticarəti üzrə gömrük rejimi haqda razılaşma qüvvəyə mindi.
Bununla belə, Avropa İttifaqına tam hüququlu üzvlük haqqında ərizə rəsmi olaraq hələ 1987-ci ildə verilmişdir. Üstəlik, Türkiyə Avropa İttifaqı tərəfindən restrukturlaşdırmaya veriləcək 3.2 mlrd həcmində yardımı almadı(yardım edilməsinə Yunanıstan tərəfindən qadağa qoyuldu).
Beləliklə, Türkiyə ilə Avropa İttifaqı münasibətləri o qədər də asan deyildi. Bir tərəfdən, Avropa İttifaqı Türkiyə inteqrasiyasında maraqlı idi. Strateji nöqteyi nəzərdən, Türkiyəni NATO-nun şərqi forpostu kimi və müsəlman dünyasının yeganə kübar dövləti kimi qərbi avropa strukturları çərçivəsində saxlamaq lazımdır idi. Digər tərəfdən, o Avropa İttifaqı tərəfindən öz üzvlərinə təqdim olunan iqtisadi, eləcə də siyasi xarakterli bir sıra tələblərə cavab vermirdi.
Türkiyənin daxili siyasi vəziyyəti qeyri-stabilliklə fərqlənirdi, xüsusən də 70-ci illərdə, nə vaxt ki, ölkəni qatı sağlar və qatı sollar tərəfindən törədilən kütləvi terror bürüdü. Lakin 1980-cı ildə edilən hərbi çevriliş həm sağların, həm də solların qarşısını almağa şərait yaratdı, Turqut Ozal hökuməti tərəfindən sənayedə, maliyyədə, kənd təsərrüfatı sahəsində həyata keçirilən iqtisadi islahatlar dövlət sektorunun əhəmiyyətli hissəsini qeyri-inhisarlaşdırmağa və özəlləşdirməyə imkan verdi ki, ölkə kapitalist relslərinə yerləşsin. T. Ozalın yeni iqtisadi proqramının reallaşması Türkiyə iqtisadiyyatının bazar şərtlərinə keçməsi prosesini başlamağa şərait yaratdı.
Bununla bərabər, Türkiyənin Avropa İttifaqına qəbul olunmasının cari mərhələsində hələ də ciddi maneələr qalmaqda davam edir. Şərti olaraq onları iki qrupa bölmək olar: Türkiyə daxilində problemlər və onun xarici problemləri.
Daxili problemlərə Aİ ölçülərinə görə kifayət olmayan iqtisadi artım səviyyəsini göstərmək olar. Türkiyə iqtisadiyyatı hələ də Aİ ölkələrindən geri qalır və onun inkişaf səviyyəsi hələ İspaniya və Portuqaliyanınkına yaxınlaşır. Əgər Türkiyənin qərbindəki iri şəhərlərdə- İstanbul, Ankara, İzmir və bir sıra başqalarında müasir sənaye istehsalatı və xidmət sahəsi inkişaf edirsə, cənubda müasir turist mərkəzləri fəaliyyət göstərirlərsə, böyük şərq rayonları hələ də qərb sahilləri səviyyəsindən aşağıdır, ictimai münasibətlərdə isə patriarxal və feodal ukladlarının qalıqları qalmaqdadır.
Aİ-yə daxil olmağa mane olan həmiyyətli faktorlardan biri də ölkənin əlverişli olmayan maliyyə-iqtisadi göstəriciləridir. İlk baxışdan hazır məhsulların ixracının artmasına yönələn Türkiyə ixracının strukturu yüngül sənayenin əmək sərfli istehsalına əsaslanır ki, bu da müəyyən mənada 'ənənəvi ixraca' yaxındır, türk sənayesində qalan yeni texnologiyalar defisiti isə istehsal prosesini intensivləşdirməyə imkan vermir.
İqtisadi inkişafda müəyyən uğurlara baxmayaraq, ölkə çox şeydə kənd təsərrüfatı sektorundan asılıdır, ölkə əhalisinin yarısı kəndlərdə yaşayır və kənd təsərrüfatı istehsalı ilə bağlıdır. Bununla belə, baxmayaraq ki, 47% işçi qüvvəsi aqrar sektorda işləyir, 90-cı illərin birinci yarısında o cəmi 14% ÜDM istehsal etmişdir. Əsas kənd təsərrüfatı göstəricilərinin müqayisəsi isə Türkiyənin xeyrinə deyil. Avropa komissiyasının kənd təsərrüfatı üzrə üzvü Frans Fişler bunu əsas gətirərək Türkiyənin Aİ-yə qoşulmasının əleyhinə çıxdı. Komissiyanın iclasında arqument kimi o aşağıdakı faktları göstərdi. Türkiyədə taxılın qiyməti Aİ-dəkindən 3 dəfə bahadır. Türk fitosanitar və baytarlıq normaları avropa standartlarına uyğun gəlmir. O, qeyd etdi ki, Türkiyədə kənd rayonlarının inkişafı böyük problemdir ki, bu problem həll olunmalıdır. Aİ ekspertlərinin hesablamalarına görə, türk aqrokompleksinin avropa standartları çərçivəsinə qoşulmasının potensial xərcləri 11.3 mlrd avro təşkil edəcək. Bu 2004-cü ilin mayında Aİ-yə qəbul edilən 10 dövlətin kənd təsərrüfatının Aİ-yə inteqrasiya olunmasına lazım olan xərcdən çoxdur.
Maliyyə sahəsində də müxtəlifliklər qalmaqdadır. 'Keçən əsrin 90-cı illərində inflyasiya 1991-ci il bazasında 49%-dən 1994-cü ilədək 149,6%-dək dəyişmişdir və yalnız III minilliyin əvvəlinə yaxın aşağı enmişdir. İnflyasiyanın belə səviyyəsi Türkiyə sənayesinə stabil iri kapital sərmayəsi qoymağa imkan vermirdi. Aİ-də 90-ci illərin ortasında qiymətlərin orta səviyyəsi ildə 2.6% təşkil edirdi '.
2000-2001-ci illərdə növbəti iqtisadi böhrandan sonra inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşməsi (9.5%) 2004-cü ilin oktyabrında hiss edildi. Bu vaxta qədər ölkənin qızıl valyuta ehtiyatları 53 mlrd dollara qədər qalxdı, iqtisadi vəziyyət ümumilikdə yaxşılaşdı. Bu Türkiyə hökumətinə 2005-ci ilin 1 yanvarından dövriyyəyə yeni türk lirəsini buraxmağa imkan verdi.
Bununla belə, OESR-in sonuncu hesabatında (2004, payız) qeyd edilir ki, iqtisadi inkişaf problemlərinin həllində türk hökuməti bir sıra maneələrlə üzləşmişdir. Onların arasında yüksək büdcə kəsiri ilə birgə makroiqtisadi və siyasi stabillik perspektivlərinə inamsızlıq yüksək faizli borclara və inflyasiyaya səbəb olmuşdur. İctimai xidmət və idarəetmə sahəsində çatışmazlıqlar işin keyfiyyətini və səmərliyini pozmuşdur. Əlverişli olmayan iş iqlimindən irəli gələrək kölgə iqtisadiyyatına keçid artmışdır. Bu da öz növbəsində firmaların və iqtisadiyyatın 'ağ' sektorunun işçilərinin vergi borclarının artmasına gətirib çıxarmışdır.
Hesabatda bir sıra büdcə xərclərinin bələdiyyələrə və əyalətlərə keçirilməsi tənqid olunmuşdur, çünki bu vəsaitlərdən istifadənin səmərəliyinin aşağı düşməsinə səbəb olacaq. Məsləhət görülür ki, ölkənin vergi bazasını azaldan '50% yaxını kölgədə qalan biznesin mövcudluğu şərtləri yaxşılaşdırılsın'.
Bütün bu problemlər bu gün əsas şübhə faktorunu formalaşdırıb - Aİ siyasi cəhətdən bu böyüklükdə müsəlman xalqını qəbul etməyə hazırdımı. Tənqidçilər əmin edirlər ki, Aİ-nin 100mlrd avroluq cari büdcəsi bu sayda və nisbətən kasıb xalqın ehtiyaclarını ödəyə bilməyəcək. Məhz buna görə Aİ-də tez-tez Türkiyənin təşkilatda üzvlüyünü imtiyazlı partnyorluqla əvəz etmək təklifləri səslənir, Ankara isə bununla qətiyyən razılaşmır.
Aİ-yə inteqrasiya yolunda müəyyən edilmiş maneələrdən biri də xarici siyasət problemlərində kipr problemi kimi, türk-yunan konflikti, türk-erməni münasibətlərinin nizama salınmaması, hər şeydən əvvəl 1915-1923-cü illərin faciəli hadisələrinə münasibət, kürd problemi kimi bir sıra məsələlərin həll edilməməsidir.
Bu maneələrin ciddilik dərəcəsini göstərmək üçün kürd probleminə aid olan son ilin hadisələr inkişafını misal göstərək. Məlum olduğu kimi, 1 iyun, 2004-cü ildə Kürdistan Əmək Partiyası tərəfindən elan edilən atəşkəs pozuldu. Bundan sonra terror aktları nəticəsində həlak olan qurbanların sayı 5 dəfə artdı, bu gün üçün 100 insan həlak olmuş, 230 nəfər yaralanmışdır. Günü-gündən Şimali İraqdan Türkiyə ərazisinə daxil olan silahlıların sayı artır. Dinc əhali arasında çoxlu qurbanlar var, hansılar ki, silahlılar tərəfindən quraşdırılmış minalara düşür. Silahlılar həmçinin, cənub-şərqdə 'rels müharibəsinə' başlayıblar ki, bunun nəticəsində yük və sərnişin qatarları partladılır. Vaşinqton tərəfindən Şimali İraqda onların fəaliyyətini məhdudlaşdırmaq üçün söz verilən yardım hələ də göstərilməmişdir.
Bu reqionda terrorist qruplaşmalarının fəaliyyətini məhdudlaşdırmaq məqsədilə 2005-ci ilin mayından başlayaraq türk silahlı qüvvələri geniş miqyaslı əməliyyata başladılar ki, nəticədə 100 silahlı və 40 hərbi qulluqçu məhv olmuşdur.
Bu halda, insan hüquqları üzrə Avropa məhkəməsinin 2005-ci il, mayın 12-də qəbul etdiyi qərara görə, Kürdüstan Əmək Partiyasının lideri Abdulla Ocalan ədalətsiz məhkum olunmuşdur, Türkiyə tərəfindən neqativ reaksiyaya səbəb oldu, həmçinin də ölkənin hərbi dairələrində. Onları əsasən bu narahat edir ki, işin yenidən baxılması ehtimalında ölkənin bütün ərazisində kütləvi iğtişaşlar baş verə bilər. Bu narahatçılıq tam əsaslıdır. Axı cənub-şərqdə hərbi əməliyyatlar nəticəsində 35 mindən çox türk hərbi qulluqçusu və xüsusi xidmət əməkdaşları həlak olmuşdur. 'İnsan hüquqları üzrə Avropa məhkəməsinin qərarı siyasi cəhətdən əsaslanmış və ondan xəbər verir ki, Avropada nə türk hüquq sistemini, nə də ölkənin konstitusiyasını tanımırlar. Biz kürd separatistləri ilə toqquşmada həlak olan əsgərlərin analarını, əlil olan şəxsləri unuda bilmirik. Bu türk ordusunun bütün hərbi qulluqçularının ümumi fikridir, - birinci ordunun generalı Xurşit Tolon bəyan etdi.
Generalın sözlərini təsdiq edərək istefada olan türk zabitlərinin assosasiyası mətbuat üçün bəyanat verdi və burada Avropa məhkəməsinin qərarını pislədi. Onun üzvləri də etiraz nümayişi keçirdilər. Onlardan çoxu əllərində Avropa İttifaqına girməkdən imtina etməyə çağırış kimi şüarlar daşıyırdılar. Zabitlər, həmçinin, bəyan etdilər ki, 'Avropa məhkəməsinin qərarı- ölkədə iğtişaşlar törətmək məqsədilə hazırlanan qəsddir'.
Ölkədə ən kütləvi və təşkilatlanmış partiya kimi səciyyələnən Milliyyətçi hərəkat partiyası tərəfdarları arasında da Türkiyənin Aİ-yə daxil olması əlehdarları cəmləşiblər. MHP növbəti seçkilərdə parlamentə daxil ola bilər və hökumətin formalaşmasına bilavasitə iştirak edə bilər, bu isə o deməkdir ki, partiya ölkənin Aİ-yə münasibətdə siyasətinə təsir göstərmək imkanı əldə edəcək, xüsusən də Türkiyənin bu təşkilata üzvlüyü danışıqlarında. Həm də bu partiya kürd və kipr problemlərinin nizamlanmasında qəti və güzəştsiz mövqe tutur.
Müsəlman Türkiyəsinin xristian birliyinə daxil olunmasında maneəyə çevrilmiş xarici faktorlardan biri də avropalıların İslam qarşısında qorxusudur. Bununla belə, qeyd etmək yerinə düşər ki, 11 sentyabr 2001-ci ilə faciəli hadisələrindən sonra bu qorxu ölçülməz dərəcədə böyümüşdür. Avropa əhalisi həm də ondan qorxur ki, qeyri-bərabər iqtisadi inkişaf və malların, xidmətlərin, kapitalların və işçi qüvvəsinin azad dövriyyəsi ümumilikdə bu ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcək. London iqtisadi məktəbinin ekspertləri hesablayıblar ki, ölkənin təşkilata qəbul olunmasından sonra ilk bir neçə ildə Türkiyə türk iqtisadiyyatının və cəmiyyətinin Aİ standartlarına uyğunlaşması üçün ittifaqın büdcəsindən 11% xərcləməli olacaq. Onların hesabatında göstərilir ki, Türkiyə böyük və sürətlə artan əhalisi olan ölkədir, artıq bu gün onun əhalisi 70 milyonu keçmişdir ki, bu da onun Avropa Parlamentində təmsil olunacaq təqdirdə ən çox nümayəndəlik göndərməsinə səbəb olacaq. Bundan başqa, Türkiyənin Aİ-yə birləşməsi əlehdarları hesab edirlər ki, birləşmədən sonra türk əhalisinin Aİ-yə böyük miqyasla immiqrasiyası həm avropa əmək bazarında ciddi problemlərin yaranmasına və həmdə bir sıra Aİ-yə üzv ölkələrdə etnik balansın əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olacaq.
Bütün bu qorxular, qərb siyasi xadimləri və politoloqlarının fikrinə görə, elə nəzərə çarpan rol oynadı ki, may-iyun aylarında Fransa və Niderlandda keçirilmiş Avropa Konstitusiyası proyektinə dair referendumda əksəriyyət sənədin qəbul olunmasının əlehinə səs verdi. Belə ki, Finlandiya xarici işlər naziri Erkk Tuomiyin fikrinə görə, 'Avropa Konstitusiyasının əlehinə səs verərək fransızlar və hollandlar həm də Türkiyədən imtina etmiş oldular'. Öz növbəsində, Almaniya xristina-demokratlar partiyasının sədri Anqela Merkel bəyan etdi ki, Fransa və Niderlandda referendumların nəticələri göstərir ki, partiyanın Türkiyənin Aİ-də üzvlüyünə dair neqativ fikri düzgün imiş. Məlum olduğu kimi, bu nüfuzlu alman partiyası hesab edir ki, Aİ son genişlənmədən sonra 'dincəlməlidir' və bu təşkilata Türkiyənin, Rumıniyanın və Bolqariyanın üzvlük məsələlərinə hələ baxılmalıdır.
Hal-hazırda Avrokonstitusiya layihəsi 8 ölkə tərəfindən ratifikasiya olunmuşdur. Litva, Macarıstan, Sloveniya, Yunanıstan, Avstriya, İtaliya və Almaniya sənədi parlament səsverməsi yolu ilə, İspaniya isə referendum yolu ilə qəbul etmişlər. Fransada və Niderlandda Aİ-nin əsas qanunu layihəsinin fiaskoya uğramasından sonra Avropa İttifaqının yarıdan çox digər üzvləri Konstitusiyanı ümumxalq səsverməsinə çıxarmaq niyyətlərini saxlayırlar. Bu perspektiv ondan xəbər verir ki, 2007-ci ildə Rumıniya ilə Bolqarıstanın ittifaqa daxil olmasından sonra Aİ doğurdan da genişlənmə prosesini müvəfqəti olaraq dayandıra bilər.
Bununla belə, yuxarıda göstərilən bütün problem və maneələrə baxmayaraq, fikrimizcə, etiraf etmək lazımdır ki, son 3 il ərzində Rəcəb Taip Ərdoğanın hakimiyəti altında keçirilən radikal islahatlar ölkəni nəzərə çarpan dərəcədə Aİ-yə yaxınlaşdırıb. Türkiyə öz problemlərini görür və aktiv olaraq onların həlli yolları üzərində işləyir.
Aİ-yə qəbul danışıqlarının ilkin şərti olaraq, Türkiyə altı qanunverici akt qəbul etmişdir ki, bunlar hüquqi dövlət prinsiplərini və insan hüqularını möhkəmləndirir və ölkəni avropa standartlarına yaxınlaşdırır. Lakin bu gun mətbuat katibi Kristina Naqinin sözlərinə uğun desək, Aİ artıq təkid edir ki, qanunlar təkcə qəbul olunmamalıdır, onlar həm də praktikada həyata keçirilməlidir. Qəbul olunmuş qanunların həyata keçirilməsinə nəzarət yerlərdə mütəmadi olaraq açıq yoxlamaların keçirilməsini nəzərdə tutur.
Belə ki, ölkənin məhkəmə sistemi əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Hökmlərinin yenidən baxılması mümkün olmayan dövlət təhlükəsizlik məhkəmələri tədricən ləğv edildi. Onların işini reqlamentləşdirən konstitusiyanın 143-cü maddəsi ləğv olundu. Əgər bu avropa hüquqi konvensiyalarına ziddirsə, məhkəmə hökmünün yenidən baxılmasına İnsan hüquqları üzrə Avropa Məhkəməsində baxılması proseduru qərarlaşdı. 90-cı maddədə onların yerli qanunvericilik üzərində üstünlüyü əks olunmuşdur. Türkiyə parlamenti ölkənin cənub-şərqində bir sıra vilayətlərdə fövqəladə vəziyyət rejimini ləğv etdi, ölkənin bütövlüyünə ziyan vuran təbliğata görə həbsi nəzərdə tutan səkkizinci maddəni terrorizmlə mübarizə haqqında qanundan çıxarmışdır. Demokratik islahatlar ictimai təşkilatlar, fondlar, həmçinin, kütləvi informasiya vasitələri haqqında qanunlarda dəyişiklik etməyi mümkün etmişdir. KİV-lərin öz məlumat mənbələrini aşkarlamamaq hüququ haqqında qanun mühüm aspektlərdən biri hesab olunur. Özəl və dövlət kanallarına etnik azlıqların dilində yayım aparmağa icazə verilmişdir. Özəl tədris müəssisələri öz təhsil proqramlarına bu dillərin öyrənilməsi kursunu daxil edə bilərlər. Ankara ölüm hökmünə dair moratorimu dəstəkləyir və son 10 illiklər ərzində ölkənin əsas siyasi gücü olmuş silahlı qüvvələr üzərində mülki nəzarəti artırmışdır. Türkiyə Aİ kriteriyalarına uyğun olaraq 30-dan çox qanunverici aktların demokratik reviziyasını keçirmişdir.
Hə;mçinin, iyun yaında türk iqtisadiyyatının inkişafının bir sıra göstəriciləri də sevindiridir. Türkiyənin ÜMM 300 mlrd dollar təşkil edir. Bu göstəriciyə görə illik artımın orta göstəricisi 7-10% bərabərdir. Ölkə bu gün üçün Avropada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Onun ticari-iqtisadi əlaqələrində mühüm istiqamətlərdən biri də Yaxın Şərq olmuşdur ki, bu ölkələrlə məhsul mübadiləsi 53%-ə qalxıb. İxracın həcminin artması templərinə görə - ildə 33 faiz - Türkiyə hal-hazırda dünyada beşinci yeri tutur. Müqayisə üçün qeyd edək: bu gün Rusiya bu göstəriciyə görə dördüncü yerdə durur. Türkiyənin dünya ticarətində payı ilk dəfə olaraq 1faiz artmışdır. İxracın cəm göstəricilərinə gəldikdə isə, Türkiyə ötən il dünyada 22-ci yer tutub, 2003-cü ildə isə o 24-cü yerdə idi. Gəlin Türkiyənin ixrac imkanlarının bir nümunəsini göstərək: Yaponiyada istehsal olunan avtomobillərin sayına görə üçüncü yerdə duran 'Honda' şirkəti bu ilin sonuna qədər Türkiyədə öz yeni modellərindən olan 'Siti' avtomobillərini buraxacaq. Keçən il Türkiyədə 'Honda' zavodlarında 16 min avtomobil istehsal olunmuşdur. Məhz Türkiyədən 'Honda-Siti' modelləri Polşa, Çexiya, Slovakiya və Macarıstana göndəriləcək. 2006-cı ilin əvvəlinə 'Honda' Türkiyədə istehsalın həcmini ildə 20 min avtomobildən 30 minə çatdırmağı nəzərdə tutur. Bütün bunlar ondan xəbər verir ki, türk bazarına inam artır və bu da o deməkdir ki, o stabilliyə doğru hərəkət edir.
Bununla bərabər, Ankara məqsədəuyğun olaraq xarici siyasət məsələlərinin həlli üzərində işləyir. Kiprin Türk icması BMT Baş katibinin adanın birləşdirilməsi planına 'hə' demişdir. Ankara həm də Yunanıstan və Ermənistan ilə münasibətlərinin nizama salınması yolunda əhəmiyyətli addımlar atmışdır. 2004-cü ilin mayında Türkiyə baş naziri son on ildə ilk dəfə Yunanıstana ölkənin baş nazirinin dəvəti ilə rəsmi səfər etdi. Son dörd il ərzində Ankara və Afinada gedən danışıqlar nəticəsində turizm, ətraf mühitin mühafizəsi, qarşılıqlı kapital qoyuluşunun həvəsləndirilməsi və mühafizəsi, terrorizmə, mütəşəkkil cinayətkarlığa və narkotik alverinə qarşı mübarizə sahəsində doqquz ikitərəfli müqavilə imzalanmışdır.
Türk-yunan münasibətlərinin ümumi atmosferinə nəzərə çarpan dərəcədə təsir göstərən iki ölkənin ABŞ-dakı lobbist liderlərinin türk-yunan münasibətlərində ilk dəfə olan birgə bəyanatları göstərici faktorlardan biridir. Onlar türk-yunan danışıqlarının müxtəlif səviyyələrdə keçirilməsini alqışladılar və bu danışıqları iki ölkənin sülh əlaqələrinin fundamenti, şərqi Aralıq dənizi zonasında stabilliyin və təhlükəsizliyin möhkəmənməsinə edilən töfhə kimi qiymətləndirdilər. İkitərəfli münasibətlərdə istilik prosesi 3 iyul, 2005-ci ildə daha bir bəyanatla qeyd olunmuşdur. Türkiyə ilə Yunanıstanı birləşdirəcək qaz kəmərinin təməlinin qoyulmasına həsr edilmiş təntənəli tədbirdə yunan hökumət başçısının Türkiyəyə səfəri barədə elan edilmişdir. Bu son 45 ildə ilk səfər olacaq.
İlk dəfə olaraq türk-erməni münasibətləri tarixində Türkiyə baş naziri R.T Ərdoğanla Ermənistan prezidenti R. Koçaryan arasında məktub mübadiləsi baş verdi. Ankara bütün maraqlı dövlətlərə təklif etdi ki, 1915-1923-cü il faciəli hadisələrinin həqiqi simasını açmaq üçün öz arxivlərini açıq elan edir. Bütün bunlar Ermənistan baş naziri Andranik Marqaryana İrəvanda may ayında keçirilmiş mətbuat konfransında Türkiyə baş naziri ilə Ermənistan prezidentinin yazışması çərçivəsində türk-erməni münasibətlərinin nizamlanmasında inkişaf olduğunu elan etməyə imkan verdi. 'Cari ilin payızına qədər müxtəlif səviyyələrdə erməni-türk görüşlərinin keçirilməsi mümkündür. Buz artıq sınıb', -deyə Ermənistan hökumət başçısı elan etdi. Bu kontaktlar arasında ən yüksək səviyyədə görüş də mümkündür.
İqtisadiyyat, xarici siyasət sahəsində ölkənin demokratikləşməsi prosesi kimi Erdoğan hökumətinin nailiyyətləri islam və qərb tipli demokratiya - bir araya sığmazdır mifini uğurlu olaraq korlayır. Belə hesab edilir ki, məhz bu uğurlar 17 dekabr, 2004-cü ildə avrop liderlərinin sammitində 3 oktyabr, 2005-ci il üçün Türkiyənin təşkilata qəbul olunması rəsmi danışıqlarını nəzərdə tutan razılığın imzalanmasında mühüm rol oynamışdır. Bu tarix yenidən iyunun 29-da Avrokomissiyanın genişlənmə məsələləri üzrə komissarı Olli Renin Türkiyədə islahatların gedişi barədə hesabatından sonra rəsmi təsdiq edilmişdir. Bu danışıqlarda Türkiyə nümayəndə heyətinin sədri nazir Əli Babacanın bəyanatına görə, Ankara bu danışıqlara hazırdır.
Şübhəsiz, Türkiyənin Aİ-yə qəbul olunması xeyrinə növbəti danışıqlarda səslənən fikirlər möhkəmlənəcək. Türkiyə NATO-nun üzvü və ABŞ-ın strateji partnyorudur, hansılar ki, onun Aİ-yə daxil olmasını dəstəkləyəcəklər. Bu planda ABŞ dövlət katibi Kondaliza Raysın 28 may, 2005-ci ildə verdiyi bəyanat nərzərə çarpandır. 'Türkiyənin Aİ-yə qəbul edilməsini rədd etmək özü ilə kəskin mənfi nəticələr gətirə bilər. Biz Türkiyə ilə yerdə qalan Avropa arasında parçalanmaya icazə verə bilmərik. Bu situasiyanı biz sivilizasiyaların toqquşması kimi xarakterləşdirə bilərik- müsəlmban Türkiyəsi ilə xristian Avropası. Bu çox dəhşətli olacaq', ABŞ dövlət katibi Rays bəyan etdi və Türkiyəni dəstəkləyərək bildirdi ki, Ankara Avropa İttifaqına inteqrasiya olunmaq üçün Aİ-nin üzvlüyə namizədlərə təqdim etdiyi bütün tələblərə əməl etməlidir. Həm də nəzərə almaq lazımdır ki, Türkiyə NATO-da ordunun sayına görə ikinci yerdədir və Balkanlar, Şərqi Aralıq dənizi regionu, Qafqaz və Orta Şərq arasında unikal strateji mövqeyə malikdir. ABŞ Böyük Yaxın Şərqin islahı üçün öz planlarının gerçəkləşməsində Türkiyəyə xüsusi ümid bəsləyir. Bu faktorlar Ankaraya regional və dünya səviyyəsində nəinki Aİ-də ciddi oyunçu ambisiyalarının möhkəmlənməsində böyük rol oynayacaq, həm də avropa qitəsində Vaşinqtonun ən etibarlı müttəfiqlərindən birinə çevriləcək.
Türkiyənin Aİ-yə daxil olmasının nüfuzlu qrup tərəfdarlarını həmçinin, transmilli korporasiyalar təşkil edirlər ki, onlar enerji resurslarının, ilk önəc neft və qazın stabil daşınmasında maraqlıdırlar. Türkiyə isə 'Mavi cərəyanın' və Bakı-Tbilisi-Ceyhan kəmərinin istismara verilməsindən sonra eləcə də digər regional layihələrdə iştirakı nəticəsində ABŞ-a, Avropaya və regiona ixrac üçün mühüm tranzit ölkələrindən birinə çevirlir. Ekspertlərin fikrincə, Ankara üçün önəmli həm də odur ki, 1 iyuldan Aİ-də sədrlik Luksemburqdan İngiltərəyə keçib ki, o da Türkiyəni ittifaqa daxil olmada bir sıra aspektləri dəstəkləyir.
Bu mənada, Rusiyanın da Türkiyənin Aİ-yə qəbulu barədə mövqeyi önəmlidir. Rusiya ekspertlərinin fikrinə görə, Moskva Ankaranın bu səyini dəstəkləyir. Belə ki, Rusiya ticarət-sənaye palatasının prezidenti Yevqeniy Primakov 2004-cü ilin oktyarbrın sonunda, rus-türk işçi şurasının təsisat iclasında qeyd etmişdir ki, Türkiyənin bu təşkilata üzv olacağı təqdirdə Moskva və Ankara Aİ-nin əvvəlki genişlənmə təcrübəsini nəzərə alaraq əllərindən gələni edəcəklər ki, ikitərəfli münasibətlərdə əvvəlcədən bütün 'iti künclərdən' qaçsınlar. Həmçinin, o əlavə etmişdir ki, 'baxmayaraq ki, bu Türkiyə ilə Avropa İttifaqının işidir, amma həyata keçirilsə, Ankara dostları ancaq şad olacaqlar'. Eyni mövqeni həm də məşhur türkşünas, tarix elmləri namizədi, professor, M.V. Lomonosov adına MDU nəzdində Asiya və Afrika ölkələri institutunun direktoru Mixail Meyer də bölüşdürür. O əmindir ki, Moskvaya hətta Ankaranın Aİ-yə birləşməsi sərf edir, çünki, Rusiya-Türkiyə-Aİ üçbucağı əməkdaşlığı onun fikrinə görə qaçılmazdır.
Yuxarıdakılardan irəli gələrək, belə bir nəticəyə gəlmək olar ki, Türkiyənin Aİ-yə daxil olması gələcək onilliklərin geosiyasi gündəliyində duran ən əsas məsələrdən biridir. Bu məsələnin həlli yollarının seçimində bütün maraqlı dövlətlər və beynəlxalq təşkilatlar məsuliyyətli olmalıdır. Axı, Türkiyənin bütün müsəlman dünyası üçün demokratik dəyişiklər modeli olması, iki dünya sivilizasiyaları arasında özünəməxsus körpü rolunu oynaması, dincə birgə yaşama və əməkdaşlığın möhkəmləndirilməsi bundan asılıdır.
www.iimes.ru