Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
İRANIN XİN
İRANIN XİN:İRAN BAKI İLƏ YEREVAN ARASINDA QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ VASİTƏÇİ OLMAĞA HAZIRDIR
“Qafqazda münaqişə ocaqları çoxdur, lakin son məlum hadisələrdən sonra regional problemlərin artması halı müşahidə olunur”-Tehrandakı mətbuat konfransında İranın XİN Mənuçöhr Möttəki və Ermənistanın XİN Eduard Nalbadyan bildirdi. Mənuçöhr Möttəki qeyd etdi ki, İran qafqaz regionun qonşusu olaraq əməkdaşlığın yaradılması üçün region dövlətlər arasında məsləhətləşmələr keçirməyi təklif edir. İranın XİN-in sözlərinə görə Eduard Nalbadyanın Tehrana səfəri İranın irəli sürdüyü təklifə baxmaq üçün əlverişli imkandır. Mənuçöhr Möttəki qeyd etdi ki, İran və Ermənistanın ümumi maraqları var və regional problemlər üzrə oxşar mövqedədirlər. O, həmçinin qeyd etdi ki, İran Bakı ilə İrəvan arasıda vasitəçi olmağa hazırdır.
Öz növbəsində ER-nın xarici siyasasət orqanının başçısı Edvard Nalbadyan qeyd etdi ki, İran və Ermənistan Gürcüstanda baş verən hadisələrə münasibətdə eyni mövqedədirlər və İranın regionda sülhün və təhlükəsizliyin təmin olunması üzrə bir sıra təklifləri var.