Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
QAZAXISTAN
QAZAXISTAN

2 iyul çərçənbə günü ATƏT-in Parlament Assambleyasının Baş Katibi Oliver Spenser Astanadakı mətbuat konfransında bəyan etdi ki, Qazaxıstanın 2010-cu il üçün ATƏT-ə sədrliyi barədə qərar qəbul edilmişdir və bu ölkədə demokratiyanın inkişafına dair öhdəliklərin o vaxta qədər yerinə yetirib yetirməməsindən asılı olmayacaq. Baş katib həmçinin qeyd etdi ki, Qazaxıstan təşkilatın diqqət mərkəzində olacaq və orada baş verəcək bütün proseslər ATƏT-in bütün ölkələrində aktiv işıqlandırılacaq.
Bu artıq o deməkdir ki, Qazaxıstan beynəlxalq inteqrasiya istiqamətində uğurlar qazanmışdır. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın XİN Aleksandr Stabb qeyd etdi ki,ATƏT-də sədrliyi 2010-cu ildə Qazaxıstana verəcək.
5 iyulda Qazaxıstan başçısı Nursultan Nazarbayev “Ağ Orda” prezident sarayında respublika paytaxtı-Astananın (Astana 1997-ci ilin oktyabrından Qazaxıstanın paytaxtıdır) 10 illik yubileyinin qeyd olunmasına və prezidentin ad gününə dəvət olunmuş xarici liderləri qəbul etmişdir. Paytaxtın Alma Atadan Akmoluya köçürülməsindən sonra simvolik olaraq qazax dilindən tərcümədə “paytaxt” mənasını verən Astana adını aldı. Mərasimdə həmçinin Rusiya prezidenti Dmitri Medvedev də iştirak iştirak etmişdir.Yubileyə Azərbaycanın, Ermənistanın, Gürcüstanın, Qırğızıstanın, Türkiyənin, Türkmənistanın, Tacikistanın liderləri, İordaniya kralı II Abdulla da qatılmışdı. Astanada Dmitri Medvedev qazax lideri ilə Xəzərsahili qaz kəmərinin tikintisini və “Mərkəzi Asiya-Mərkəz” boru kəmərinin genişləndirilməsini müzakirə etdi.
2008-ci ilin iyulun 11-də rus “Vesti” telekanalının xəbərlərinə görə Qazaxıstanın cənubunda “Qarşılıqlı əlaqə-2008” adlı müdafiə nazirlərinin nəzarəti altında rus-qazax təlimlər fazası keçirilmişdir. Qazaxıstanın müdafiə naziri Danial Ahmetov bildirmişdir: ”Təlimlərin məqsədi dövlət başçılarımız tərəfindən birmənalı açıqlanmışdır- zəif münaqişələrə hazır olmaq və beynəlxalq cinayətkar dəstələrlə mübarizə aparmaqdır”.Təlimlər zamanı Qazaxıstan müasir texnikadan atışmalar keçirmişlər: ”Nayza” (“Kope”) raket sistemi, 122 mm-lik özügedən qaubitsa “Semser” (“Qılınc”), 120 mmlik minomet “Aybat” (“Təzyiq”) və 120 mmlik artilleriya sistemi “Nona”söylədiyi ideyanın davamı olaraq yeni Alatau rayonu yaradılmışdır. Yeni rayonda 22 yaşayış mətəqəsi olmaqla 130 min sakin yaşayır. (“Ujet”, “Qırmızı trudovik”, “Şərq Şəfəqi”, “Birinci v ikinci Ulcan”, “Darxan”, «Bəybasıx”, “Altıncı şəhər massivi”, birdən altıyadək “Şanırak”, “Kökkəynar”, “Birinci və ikinci Əygərim”, “Kurulusşı”, “Türküstan”, “ADK”, “Ağnulaq” və “Alqabaqas”). Alatau rayonunun Almata şəhərinin akimi Bağdad Manzarov trend News agentliyinin müxbirinə bildirmişdir ki, yeni rayonun yaradılmasında məqsəd Almata şəhərinin iqtisadiyyatının inkişafı, onun sərhədlərinin genişləndirilməsidir, şəhərin təmizliyi və gələcək inkişafı, iqtisadiyyatı sakinlərdən asılıdır. Sakinlər isə şəhərin abadlaşdırılmasında məmnuniyyətlə iştirak etməyə hazır olduqlarını bildirdilər.
Avropa İttifaqı ölkələrində 2009-cu il iyul ayından sərhəd-keçid məntəqələrində nəzarət qaydalarının gücləndirilməsilə əlaqədar Qazaxıstan vətəndaşları bu ilin noyabr ayından sərhədi maneəsiz keçmək məqsədilə beynəlxalq tələblərə cavab verən biometrik pasportları qeydiyyatdan keçirəcəklər. Pasportların yeni nüsxəsi artıq Ədliyyə Nazirliyinin informasiya-istehsal mərkəzinə iyulun 17-də təqdim olunmuşdur. İstehsalçıların sözlərinə görə onun texniki imkanları demək olar ki, saxtalaşdırmanı istisna edir. Yeni pasport sahibinə 5 min təngəyə ($ 41) başa gələcək.
2008-ci il iyulun 15-də Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Birləşmiş Ərəb Əmirliklərinin prezident şeyx Xəlif Bin Zahid Əl Nəhayənlə görüşü olmuşdur. Qazaxıstan XİN-nin mətbuat katibi İlyas Ömərov xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, siyasi-ticarət, iqtisadi və mədəni humanitar sahədə qarşılıqlı fəaliyyət müzakirə olunmuşdur. Qazaxıstanın Statistika Agentliyinin məlumatına görə 2007-ci ildə 2 ölkə arasında ticarət dövriyyəsinin həcmi 304 mln dollar idisə, 2008-ci ilin yanvar-may aylarında bu rəqəm 139,7 mln dollar olmuşdur. Qazaxıstan prezidenti Nursultan Nazarbaev BƏƏ prezidenti ilə görüşünün nəticələrinə dair yayılmış press-relizdə deyildiyi kimi BƏƏ-dən investorlar üçün əlverişli şərtlərin yaradılması, həmçinin investisiyanın təhlükəsizliyinin təmin edilməsi üçün yaxın zamanlarda 2 qat vergitutmadan qurtulma və investisiyaların genişləndirilməsi və qarşılıqlı qorunmasına dair razılaşma layihəsi üzərində işə başlamaq haqda razılaşdılar.
“Tərəflər əsas beynəlxalq məsələlər üzrə mövqelərdə, həmçinin BMT, İslam Konfransı Təşkilatı və s beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığa verilən önəmdə yaxınlıq hiss olunur. Son nəticədə Xəlif Bin Zahid Əl Nəhayən Nursultan Nazarbayevi BƏƏ-nə rəsmi səfərə dəvət etdi.
Bu ilin avqustun 1-dən Qazaxıstanda “Qazaxıstan Respublikası yol-hərəkət qaydaları qanunvericilik aktına bir sıra dəyişikliklərin edilməsi barədə” qanun qüvvəyə minmişdir. Yeni qanun YHQ-larını pozanlara cəzanı sərtləşdirməyi nəzərdə tutur. Beləliklə, təhlükəsizlik kəmərindən istifadə etməməyə görə 5 AHG həcmində cərimə ödənilməlidir. AHG=aylıq hesabat göstəricisi olub, 1 AHG 1168 təngədir ($ 120,20/1). Sürəti aşmaya görə cərimə 5-15 AHG, il ərzində yenidən bu pozuntuya dörə cərimə 5 AHG, ikinci dəfə bu pozuntuya görə isə 15 AHG, qarşı yola çıxmağa görə 15 AHG, ikinci dəfə bu pozuntuya görə sürücü 6 ay müddətinə sürücülük hüququndan məhrum edilə bilər, yenidən bu pozuntuya görə 5 il, üçüncü dəfə 10 il müddətinə nəzərdə tutulur. Birinci dəfə YHQ-larını pozmağa görə inzibati həbs də tətbiq olunur:sürücülük hüququ olmayan və ya bu hüquqdan məhrum olan şəxslərin maşını nasaz vəziyyətdə idarə etməsinə görə 10-15 gün, həmçinin piyadaların və yol hərəkət qaydalarının iştirakçılarının qayda pozuntularına görə 3 gün. Bundan başa birinci dəfə maşın idarə edərkən mobil telefonla danışmağa görə cərimə 5AHG, ikinci dəfə 7 AHG tətbiq olunur. Qeyri qanuni işıq və səs vasitələrinin quraşdırılmasına görə ( fiziki şəxslərə görə cərimə 15 AHG,hüquqi şəxslərə 2000 AHG), həmçinin qeyri-qanuni nömrə nişanlarına görə 20 AHG və ya 6 aya sürücülük hüququndan məhrum etmə gözləyir. Yeni qanuna görə hər 10 ildən bir nəzəri biliklərin yoxlanması nəzərdə tutulub (Trend News).
Oxunub: 553 dəfə | Tarix: 22 Avqust 2008 | Kateqoriya: Tədqiqatlar, Kazaxstan
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (26)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az