|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
"Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi mexanizmləri" adlı kitabın nəşri Layihəsi
|
 “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyi “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi mexanizmləri”adlı tədqiqat kitabının nəşri Layihəsini Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirmişdir. Layihənin əsas məqsədi qanunun aliliyini təbliğ etməklə dövlətin hüquqi əsasının möhkəmlənməsinə xidmət etmək, cəmiyyətə hüquqa və qanunlara hörmət edilməsi prinsipini aşılamaq, qanunun aliliyinin nəzəri aspektlərini araşdırmaq və təbiətini üzə çıxaırmaq, müasir şərtlərlə “qanunun aliliyi prinsipinin” aktuallığını yaratmaq və onun inkişafına nail olmaqdır. Qanunun aliliyi təsbit edir ki, dövlət hakimiyyəti yalnız müəyəyn prosedur qaydalarına uyğun qəbul olunmuş, yazılı və ictimaiyyətə bəlli qanunlarla idarə oluna bilər və cəmiyyət, müvafiq qurumlar öz fəaliyyətində yalnız qanunu əsas tutur. “Bu ideyanın araşdırılması və təbliği yeni müstəqillik qazanmış Azərbaycan cəmiyyətində qanunçuluğun möhkəmlənməsinə və hüquq elminin inkişafına dəyərli töhfə verəcəyini düşünürük”-deyə “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyin sədri hüquq eləmləri doktoru, professor Rüstəm Məmmədov bildirmişdir. Sədr həmçinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dövlətimizin qanuni əsaslarının möhkəmləndirilməsi yolunda atılan addımları dəstəkləməsini yüksək qiymətləndirmişdir. Hazırda kitabın hazırlanması prosesi başa çatmaq üzrədir. Kitabın yazılması zamanı təşkilat cəmiyyətdə qanunun aliliyi prinsipinə və insan hüquqlarına dair bilik səviyyəsini sorğu əsasında öyrənməyə çalışmışdır. Layihə çərçivəsində təşkilat dövlətdaxili hüquqi sənədlərin və mövzu ilə əlaqəli mövcud vəziyyəti araşdırılmaqla, yanaşı beynəlxalq əlaqələr də qurulmuşdur. Xaricdə fəaliyyət göstərən tərəfdaş təşkilatların öz ölkələrində qanunun aliliyi və insan hüquqlarının vəziyyəti ilə bağlı verilən məlumatlardan da istifadə olunmuşdur. Kitab həmçinin noyabr ayının 11-də Ombudsman Apparatında ictimaiyyətə təqdim olunmuşdur. Tədbirdə İnsan hüquqları üzrə müvəkkil ELmira Süleymanova, Konstitusiya Məhkəməsinin sədrinin müavini Sona Salmanova, AMEA-nın İnsan hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva və digər qonaqlar iştirak etmişlər.
|
Oxunub: 405 dəfə | Tarix: 14 Noyabr 2009 | Kateqoriya: Layihələr
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|