Noyabr ayının 25-də Bakı şəhərində Caspian Plaza otelində “Mənim hüquqlarımın dünyası” layihəsinin hesabat konfransı keçirilmişdir. Konfransda layihənin əsas nailiyyətləri və qüsurları müzakirə olunmuş, layihənin həyata keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır. Konfransda iştirak etmək üçün Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Apparatı və digər dövlət qurumları və insan hüquqları sahəsində ixtisaslaşmış QHT-lərdən nümayəndələr, KİV, tələbələr və digər iştirakçılar dəvət olunmuşdular. Çıxış edən “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq İctimai Birliyinin” sədri Rüstəm Məmmədov belə layihələrin keçirilməsinin vacibliyindən, cəmiyyətə müsbət təsirindən bəhs etmiş və layihənin davamlılığını arzulamışdır. Azərbaycan Respublikası Prezidenti QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov da layihənin keçirilməsi səviyyəsindən razılıq etmiş və gələcək əməkdaşlığa ümid etdiyini bildirmişdir.
Oxunub: 442 dəfə | Tarix: 14 Noyabr 2009 | Kateqoriya: Layihələr