Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
“MƏNİM HÜQUQLARIMIN DÜNYASI” LAYİHƏSİ
“XƏZƏR – GƏLƏCƏK NAMİNƏ TƏRƏFDAŞLIQ” İCTİMAİ BİRLİYİ “Mənim hüquqlarımın dünyası” adlı layihəsini həyata keçirməkdədir. Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə yardım Şurası tərəfindən keçirilən müsabiqədə qalib gəlmiş və avqust ayının 22-dən icra olunmağa başlamışdır. Layihənin əsas məqsədi internat məktəblərində təhsil alan uşaqları insan və uşaq hüquqları sahəsində maarifləndirmək və öz hüquqlarını öyrətməkdir. Layihə çərçivəsində həmçinin Uşaq hüquqları adlı stolüstü kitabça da hazırlanmışdır. Kitabça təlimlər zamanı uşaqlara paylanacaq. Hüquqların tədrisi üçün məhz uşaqların seçilməsi təsadüfi deyil. Çünki insan öz hüquqlarını erkən yaşdan bilməlidir ki, həm öz hüquqlarını qorusun, həm də gələcəkdə bir şəxsiyyət kimi formalaşsın. Bu məqsədlə Bakı, Sumqayıt, Şəki və Lənkəran şəhərlərində yerləşən internat məktəblərində təhsil alan şagirdlər üçün 3 günlük təlimin keçirilməsi nəzərdə tutulmuşdur. Təlimlər mərhələsi də başa çatdıqdan sonra hesabat konfransı keçiriləcəkdir.
Sumqayıt şəhərində təlim.
İlk təlim oktyabr ayının 29-31 tarixində Sumqayıt şəhərinin general M.Əsədov adına internat məktəbində keçirilmişdir. Təlim zamanı uşaqlara hüquqlar barədə danışılmış və köməkçi materiallar paylanılmışdır. Uşaq hüquqları adlı kitabça və internaktiv oyunlar uşaqların xüsusi diqqətini çəkmişdir.
Şəki şəhərində təlim.
Noyabr ayıının 4-6 tarixində Şəki şəhərində yerləşən Qarışıq tipli uşaq evində layihənin davamı olaraq 3 günlük təlim keçirilmişdir. Təlim zamanı tədris olunan hüquqlar uşaqların marağına səbəb olmuş və qonaqları bir daha Şəkiyə gəlib onlara dərs keçməyə dəvət etmişlər. Həmin materaillardan bu uşaqlara da paylanmışdır. Hər təlimdə 20 uşaq iştirak etmişdir.
Lənkəran şəhərində təlim.
Noyabr ayının 10-12 tarixində Lənkaran şəhərində O.Mirzəyev adına arışıq tipli uşaq evində uşaq hüquqlarndan bəhs edən təlim keçirilmiş, uşaqlara köməkçi materiallar paylanmışdır. “Uşaq hüquqları” adlı kitabça uşaqların xüsusi diqqətini çəkmişdir. Təlimin sonuncu günü istedadlı uşaqlar öz qonaqlara öz təşəkkürlərini bildirməkçün birgə mahnı belə ifa etmişlər.
Bakı şəhərində təlim.
Noyabr ayının 13-15 tarixində Bakı şəhərində Mərdəkan qəsəbəsində yerləşən Oğlanlar üçün təlim-tərbiyə müəssisəsində “Mənim hüquqlarımın dünyası” layihəsi çərçivəsində sonuncu təlim keçirilmişdir. Məktəbdə yalnız oğlanlar təlim-tərbiyə aldığından iştirakçılar yalnız oğlanlar olmuşdur. Təlim zamanı uşaqlar hüquqi məsələlərə dair müxtəlif cür suallarla müraciət etmişlər. Bakı təlimlərində iştirak edən uşaqlar digər təlim iştirakçılarından bir sıra cəhətlərə görə fərqlənirdilər. Belə ki, onlar küçə həyatı ilə yaxından tanış olduqlarına görə qanunsuz hallarla praktikada daha tez tez üzləşmişlər. Bu da uşaqlarda qanunun aliliyi prinsipinin yalnız dildə olması fikrinin formalaşmasına səbəb olmuşdur.
Oxunub: 558 dəfə | Tarix: 14 Noyabr 2009 | Kateqoriya: Layihələr