|
“Xəzər – Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyi 1 may 2009-cu il tarixindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi mexanizmləri”adlı tədqiqat kitabının nəşri Layihəsini həyata keçirməyə başlamışdır. Layihənin əsas məqsədi Qanunun aliliyini təbliğ etməklə dövlətin hüquqi əsasının möhkəmlənməsinə xidmət etmək, cəmiyyətə hüquqa və qanunlara hörmət edilməsi prinsipini aşılamaq, qanunun aliliyinin nəzəri aspektlərini araşdırmaq və təbiətini üzə çıxaırmaq, müasir şərtlərlə “qanunun aliliyi prinsipinin” aktuallığını yaratmaq və onun inkişafına nail olmaqdır.
Qeyd etmək lazımdır ki, demokratik cəmiyyətdə insan hüquq və azadlıqları önəmli yer tutur. Demokratik cəmiyyətdə heç kəs məhkəmənin qanuni qərarı və ya prokurorun qərarı olmadan axtarışa, həbsə məruz qala bilməz, bütün təqsirləndirilən şəxslər isə ədalətli məhkəmə araşdırması hüququna malikdir. Bu qaydanın pozulması ölkə sabitliyini təhlükə altına qoya bilər, həmçinin inkişafa gedən yolu-ümumqəbuledilmiş əsas insan hüquq və azadlıqlarının reallaşdırılmasının qarşısını alır. Əlbəttə, bu cür maneələrin yaradılması kobud hüquq pozuntusu olub dövlətin hüquqi əsasını zəiflədə bilər. Bu səbəbdən də bütün insanları (şəxslər, təşkilatlar və dövləti) hüquqa tabe edən qanunun aliliyi ideyası yaranmışdır. Qanunun aliliyi təsbit edir ki, dövlət hakimiyyəti yalnız müəyəyn prosedur qaydalarına uyğun qəbul olunmuş, yazılı və ictimaiyyətə bəlli qanunlarla idarə oluna bilər və cəmiyyət, müvafiq qurumlar öz fəaliyyətində yalnız qanunu əsas tutur. “Bu ideyanın araşdırılması və təbliği yeni müstəqillik qazanmış Azərbaycan cəmiyyətində qanunçuluğun möhkəmlənməsinə və hüquq elminin inkişafına dəyərli töhfə verəcəyini düşünürük”-deyə “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyin sədri hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov bildirmişdir. Sədr həmçinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dövlətimizin qanuni əsaslarının möhkəmləndirilməsi yolunda atılan addımları dəstəkləməsini yüksək qiymətləndirmişdir. Tədqiqat kitabının nəşrinin aktuallığı müasir elmdə qanunun aliliyi prinsipinə marağın olması ilə yanaşı onun tam işlənməməsidir. Bu mövzu ilə bağlı məsələlərə baxılması həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyır. Hazırda kitabın hazırlanması prosesi başa çatmaq üzrədir. Kitabın yazılması zamanı təşkilat cəmiyyətdə qanunun aliliyi prinsipinə və insan hüquqlarına dair bilik səviyyəsini sorğu əsasında öyrənməyə çalışmışdır. Layiohə çərçivəsində təşkilat dövlətdaxili hüquqi sənədlərin və mövzu ilə əlaqəli mövcud vəziyyəti araşdırılmaqla, yanaşı beynəlxalq əlaqələr də qurulmuşdur. Xaricdə fəaliyyət göstərən tərəfdaş təşkilatların öz ölkələrində qanunun aliliyi və insan hüquqlarının vəziyyəti ilə bağlı verilən məlumatlardan da istifadə olunmuşdur. Layihənin son iki ayında isə kitabın cəmiyyətə və dövlət strukturlarına təqdimatı və paylanması prosesi başlayacaq. Sonda rəsmi dövlət strukturlarının, media və QHT təmsilçilərinin iştiraki ilə Hesabat Konfransının keçirilməsi də nəzərdə tutlumuşdur. Xəzər – Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyi
|