|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
XƏZƏR – GƏLƏCƏK NAMINƏ TƏRƏFDAŞLIQ” İCTIMAI BIRLIYI İNSAN ALVERINƏ YOX DEYƏK LAYIHƏSININ ICRASINA BAŞLAMIŞDIR.
|
“Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi 18 sentyabr 2007-ci il tarixindən etibarən "İnsan Alverinə YOX Deyək" Layihəsinin icrasına başlamışdır. Layihə Amerika Birləşmiş Ştatlarının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas mövzusu təlimlər keçirməklə və şagirdlər arasında çox faydalı məlumat xarakterli materiallar yaymaqla internat məktəblərində təhsil alan uşaqların insan alveri mövzusunda biliklərini artırmaq və onları maarifləndirməkdir. İnternat məktəblərində yaşayan uşaqlar cəmiyyətin zəif üzvləri olduqlarına görə asanlıqla insan alverinin qurbanına çevrilə bilərlər. Buna görə onların insan alveri və uşaq hüquqları haqqında xüsusi biliklərə ehtiyacları var.Layihə proqramına uyğun olaraq təlimlər Lənkəran, Şəki və Gəncə şəhərlərində müvafiq olaraq bir internat məktəbində, Sumqayıtda iki və Bakı şəhərlərində isə üç internat məktəbində keçiriləcək. Təlimlər interaktiv formada keçiriləcək, təlimlərin gedişində müxtəlif psixoloji və intellektual təşkil olunacaq.LƏNKƏRAN İlk təlim 28-30 noyabr tarixlərində Lənkəran şəhər İnternat məktəbində keçirilmişdir. Təlim üç gün ərzində interaktiv formada tədris edilmişdir. Təlim iştirakçılarına Layihə çərçivəsində hazırlanmış kitabça və digər məlumat xarakterli materiallar paylanmışdır.ŞƏKİ ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstiyi ilə təşkilatımız tərəfindən reallaşdırılan “İnsan alverinə YOX deyək” layihəsi çərçivəsində növbəti təlimlər 16-19 dekabr, 2007-ci il tarixlərində Şəki şəhərində keçirilmişdir. Təlimlərdə 37 nəfər iştirak etmişdir. Onlardan 13 nəfəri qız, 24 nəfəri isə oğlan idi. Təlimlər üç gün ərzində keçirilmişdir. Təlim çərçivəsində uşaqlara layihə çərçivəsində hazırlanmış kitabça və digər materiallar paylanmışdır.BAKI ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstiyi ilə təşkilatımız tərəfindən reallaşdırılan “İnsan alverinə YOX deyək!” layihəsi çərçivəsində təlimlər Bakı Şəhərində üç internat məktəbində keçirilmişdır. 18-20 fevral, 2008-ci il tarixlərində təlimlər Suraxanı rayonu 2 saylı Uşaq Evində keçirilmişdir. Təlimdə 30 nəfər iştirak etmişdir. İştirakçılaradan 12 nəfəri qız, 18 nəfəri isə oğlan idi. 21-23 fevral, 2008-ci il tarixlərində Sabunçu rayonu “ Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” ¹ 1li İnternat məktəbində keçirilmişdir. Təlimdə 50 nəfər uşaq iştirak etmişdir. Onlardan 16 nəfəri qız, 36 nəfəri isə oğlan idi. 26-28 fevral, 2008-ci il tarixlərində isə təlimlər “Yetim və valideyn himayəsi olmayan uşaqlar üçün Respublika yardımçı İnternat məktəbində” keçirilmişdir. Təlimlərdə 25 nəfər iştirak etmişdir. Onlardan 5 nəfəri qız, 20 nəfəri isə oğlan idi. Hər üç təlimdə uşaqlar lazımi təlim vəsaitlər ilə təmin olunmuşdur.SUMQAYIT Sumqayıt şəhərində ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstiyi ilə təşkilatımız tərəfindən reallaşdırılan “İnsan alverinə YOX deyək!” layihəsi çərçivəsində təlimlər iki internat məktəbində keçirilmişdir. Birinci təlim 05-07 mart, 2008 cil tarixlərində “Fars və İngilis Dili Təmayüllü Orta İnternat Məktəbi”ndə keçirilmişdir. Təlimlərdə 30 nəfər iştirak etmişdir. Onlardan 17 nəfəri qız, 13 nəfəri isə oğlan idi. Sumqayıt şəhərində ikinci təlim 12-14 mart, 2008-ci il tarixlərində Sumqayıt Şəhəri İnternat Məktəbində keçirilmişdir.Təlimlərdə 30 nəfər iştirak etmişdir. Onlardan 16 nəfəri qız, 14 nəfəri isə oğlan idi. Təlimlərdə iştirakçılara təlim vəsaitləri paylanmışdır.GƏNCƏ "İnsan alverinə YOX deyək!” layihəsi çərçivəsində sonuncu təlimlər 17-19 mart, 2008-ci il tarixlərində Gəncə şəhərində P. Hüseynov adına 1 ¹li İnternat Məktəbində keçirilmişdir. Təlimlərdə 30 nəfər iştirak etmişdir, onlardan 13 nəfəri qız, 17 nəfəri oğlan idi. Layihənin sonuncu mərhələsi Bakı yekun hesabat konfransı olacaq.BAKI HESABAT KONFRANSI Bakı Hesabat Konfransı ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi tərəfindən reallaşdırılan “İnsan alverinə YOX deyək!” layihəsinın yekun mərhələsi idi. Konfrans 31 mart, 2008-ci il Beynəlxalq Mətbual Mərkəzində keçirilmişdir. Hesabat konfransının keçirilməsində əsas məqsəd layihənin həyata keçirilməsi zamanı qarşıya çıxmış problemləri müzakirə etmək, əldə edilmiş nailiyyətləri vurğulamaq və bu tip layihələrin keçirilməsində və genişləndirilməsində gələcək üçün tövsiyyələr hazırlamaqdır. Tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası, yerli QHT-lərin və aparıcı KİV nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyinin prezidenti Dr. Rüstəm Məmmədov bu kimi layihələrin Azərbayan üçün əhəmiyyətini vurğulayaraq onun keçirilməsində əsas məqsədin internat məktəblərində böyüyən uşaqların bu məsələ barədə biliklərininin artırılması və onların maarifləndirilməsi olduğunu dedi. Onun sözlərinə görə, uşaqlar belə təhlükə ilə üzləşdikdə hara müraciət etməli olduqlarını və necə qorunmaq mexanizmlərini bilməlidirlər. Layihə üzrə hüquqşünas Leyli Hüseynovanın sözlərinə görə, insan alveri üçün potensial mənbə cəmiyyətin zəif qrupları sayılan gənc qadınlar, kişilər, qaçqınlar və ən əsası da valideyn himayəsindən məhrum olan uşaqlardır. Layihə üzrə Treyner Sevinc Bayramova Layihə çərçivəsində Lənkəran, Şəki, Gəncə, Bakı, Sumqayıt şəhərlərində olan internat məktəblərində keçirilən 3 günlük təlimlər haqqında geniş məlumat verdi.
|
Oxunub: 715 dəfə | Tarix: 4 Aprel 2008 | Kateqoriya: Layihələr
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|