|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
“AZƏRBAYCANIN AVROPA TƏSISATLARINA İNTEQRASIYASI. REALLIQLAR VƏ PERSPEKTIVLƏR” MÖVZUSUNDA SEMINAR
|
“AZƏRBAYCANIN AVROPA TƏSISATLARINA İNTEQRASIYASI. REALLIQLAR VƏ PERSPEKTIVLƏR” MÖVZUSUNDA SEMINAR 7 İyun 2005-ci il tarixində Avropa Şurasının Azərbaycan Respublikasında İnformasiya Ofisi və 'Xəzər - Gələcək Naminə Tərəfdaşlıq' İctimai Birliyi 'Azərbaycanın Avropa Təsisatlarına İnteqrasiyası. Reallıqlar və Perspektivlər' mövzusunda birgə seminar keçirmişdir. Tədbiri giriş nitqi ilə açan Avropa Şurasının Azərbaycan Respublikasında İnformasiya Ofisinin İcraçı Direktoru İlqar İbrahimli tədbirin bu günki Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq onun keçirilməsində əsas məqsədin iştirakçılara və geniş ictimaiyyətə Avropa təsisatları, onların fəaliyyət istiqamətləri və strukturu haqqında, eləcə də Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər və onların icrası haqqında geniş məlumat vermək olduğunu qeyd etdi. Avropa Şurasının Baş Katibinin Azərbaycanda Xüsusi Nümayəndəsi Mats Lindberq və Xəzər - Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatının Prezidenti Rüstəm Məmmədov da tədbirin xüsusilə tələbələr ve geniş ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər. Seminarda çıxış edən ATƏT-in Bakı Ofisinin hüquqşünası Elvin Əliyev ATƏT və onun Bakıdakı Ofisinin fəaliyyəti haqqında, Avropa Şurasının İnformasiya Ofisinin İcraçı Direktoru İlqar İbrahimli isə Avropa Şurası, onun strukturu, fəaliyyət istiqamətləri və yerli ofislərin fəaliyyəti haqqında arayış verdilər. Tədbirdə Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin nümayəndələri, yerli qeyri-hökümət təşkilatlarının nümayəndələri, jurnalistlər, həmçinin tələbələr də iştirak edirdilər.
|
Oxunub: 760 dəfə | Tarix: 19 Mart 2008 | Kateqoriya: Layihələr
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|