|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
“QEYRI-HÖKUMƏT TƏŞKILATLARININ IDARƏ OLUNMASI” MÖVZUSUNDA TRENINQ
|
“QEYRI-HÖKUMƏT TƏŞKILATLARININ IDARƏ OLUNMASI” MÖVZUSUNDA TRENINQ Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət strukturları ilə bərabər qeyri-hökumət təşkilatları da meydana gəlməyə başladı. Bu qeyri-hökumət təşkilatlarının üzləşdiyi əsas problem idarəetmə problemi kimi üzə çıxdı. Əgər hesab etsək ki, bu təşkilatların idarə olunmasına göstərilən sahədə müvafiq bilik və təcrübəsi olan peşəkarlar cəlb olunmalıdır, bizim QHT-lərin üzləşdiyi problemi dərk etmək asan olar. Müxtəlif layihələri həyata keçirəcək təşkilatlar üçün qrant vasitələrinin idarə edilməsi məsələləri ilə tanışlıq xüsusilə mühümdür ki, layihənin dayanıqlılığını, büdcənin həcmini, işçilərin sayını və s. məsələləri düzgün həll etsin. QHT-lərin idarə olunmasına professional yanaşmanın vacibliyini nəzərə alaraq, qarşıya qoyulan məqsədlərə çatmaq üçün göstərilən sahədə maarifləndirməyə olan ehtiyac açıq-aydın özünü biruzə verir. Bu məqsədlə 25-26 oktyabr, 2004-cü ildə “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi Konrad Adenauer fondu ilə birgə layihə çərçivəsində “QHT-lərin idarəolunması” adlı iki günlük treninq keçirdilər. Qeyd edək ki, bu tip treninqlərin keçirilməsi – Azərbaycanda üçüncü sektorun inkişafına olan tövhədir.Treninqin məqsədi – yerli QHT-ləri idarəetmənin (menecmentin) əsasları və fandrayzinqlə tanış etmək, onların uğurlu qrant-layihələrənin yazılmasında maarifləndirilməsi və s. Treninqin iştirakçıları – Azərbaycanda yerli QHT-lərin rəhbər və əməkdaşları.
Treninq Konrad Adenauer Fondunun nümayəndəsi Abdulla Məmmədcanov və politoloq Anna-Mariya Kesser tərəfindən aparıldı. Onlar treninq iştirakçılarına layihələri necə yazmaq və onların həyata keçirilməsi üçün qrant almaq, konfransları necə təşkil etmək və keçirmək və ümumiyyətlə qrant vəsaitlərindən necə istifadə etmək. Bundan savayı, Konrad Adenauer Fondunun Daşkənd ofisinin nümayəndəsi Abdulla Məmmədcanov vətəndaş cəmiyyətinin inkişafı şəraitində QHT-lərin fəaliyyətinin Özbəkistan təcrübəsindən danışdı. Politoloq Anna-Mariya Kesser demokratik cəmiyyətdə QHT-lərin rolu və qadınların siyasətdə, eləcə də QHT-lərdə tutduğu yerdən danışdı.
|
Oxunub: 943 dəfə | Tarix: 19 Mart 2008 | Kateqoriya: Layihələr
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|