|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
“KIV VƏ SIYASƏT” MÖVZUSUNDA BEYNƏLXALQ SEMINAR
|
“KIV VƏ SIYASƏT” MÖVZUSUNDA BEYNƏLXALQ SEMINAR Müasir dövrdə Kütləvi İnformasiya Vasitələrinin siyasətdə rolu getdikcə artır. Təsadüfi deyil ki, demokratik cəmiyyətlərdə Kütləvi İnformasiya Vasitələri IV hakimiyyət hesab edilir. KİV cəmiyyətin siyasi, iqtisadi, sosial və digər sahələrdə məlumatlandırılmasını təmin edən strukturdur və məhz onların gördüyü iş sayəsində əhalidə ölkədə baş verən hadisələr, proseslər haqqında dolğun fikir formalaşır. Məhz bundan çıxış edərək KİV-lə siyasətin bir-birilə sıx bağlı olduğunu vurğulamaq lazımdır. KİV və siyasətin qarşılıqlı əlaqələrini açıqlamaq üçün 2 oktyabr, 2004-cü ildə “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi və Konrad Adenauer Fondunun birgə layihəsi olan “KİV və siyasət” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarın məqsədləri – Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin azad fəaliyyətinə yönəldilmiş addımları vurğulamaq və təhlil etmək, KİV və siyasətin qarşılıqlı əlaqələrindən danışmaq və tövsiyələr hazırlamaqdır. Seminarın iştirakçıları – “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyinin əməkdaşları Rüstəm Məmmədov, Şahin Camalov, Leyla Məmmədova, Konrad Adenauer Fondunun Mərkəzi Asiya, Qazaxıstan və Qafqaz üzrə nümayəndəliyinin rəhbər müavini Katrin Drüssner, Fondun Qafqaz üzrə xüsusi müvəkkili David Afrasidze, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov, Müstəqil Jurnalistlər Liqasının sədri Xalid Niyazov və s. iştirak ediblər. Almaniyanın “2 DF TV” kanalının nəzarət şurasının direktoru xanım Bett Şnayder “KİV-in idarə olunması: hüquqi, iqtisadi və təşkilatı əsasları” mövzusunda məruzə edib. Bett Şnayder vurğulayıb ki, media menecmenti xüsusi xarakterə malikdir, bu sahədə çalışanlar xüsusi qabiliyyət sahibi olmalı, hüquq və iqtisadi bilikdən başqa ictimai rəyə də əsaslanmalıdır. Seminarın sonunda məlumat verilib ki, gələcəkdə keçiriləcək tədbirlərdə KİV-lə dövlət arasında münasibətləri tənzimləmək üçün labüd olan yolları müzakirə ediləcək və bu zaman Avropa ölkələrinin təcrübəsi nəzərdən keçiriləcək.
|
Oxunub: 531 dəfə | Tarix: 19 Mart 2008 | Kateqoriya: Layihələr
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|