Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycanda Dövlət Bayrağı gününün qeyd olunması barədə qanun layihəsi parlamentə tövsiyə olunub
Milli Məclisin (MM) Sosial Siyasət Komitəsinin iclasında “Əmək Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi müzakirə edilib. APA-nın xəbərinə görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib.
H. Rəcəbli qeyd edib ki, layihədə Azərbaycanda 9 noyabrın Dövlət Bayrağı günü kimi qeyd olunması, həmin günün qeyri-iş günü olması təklifi əksini tapıb.
H. Rəcəbli bayrağın Azərbaycanın dövlət atributlarından biri olduğunu xatırladaraq, bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub. apa.az
Oxunub: 202 dəfə | Tarix: 17 Noyabr 2009 | Kateqoriya: Ana Səhifə