QAZAXISTAN

Qazaxstan Respublikası – Mərkəzi Asiyada yerləşir. Qazaxstan şimalda Rusiya ilə, şərqdə Çin Respublikası ilə, cənubda isə Qırğızıstan, Özbəkistan və Türkmənistan ilə həmsərhəddir. Qərb sərhədləri Xəzər dənizi tərəfindən yuyulur.
Respublikanın ərazisi 2717300 km²-dir. Paytaxtı - Astana şəhəridir. Əhaslisi: 16846800 (1998-ci il üçün).
Ən böyük şəhərləri: Almatı, Karaqanda və Çimkənd şəhərləridir.
Etnik tərkibi – 41,9% qazaxlar, ruslar – 37%, ukraynalılar -5,2%, almanlar – 4,7%, özbəklər – 2,1%, tatarlar – 2% (son vaxtlar ruslar və almanlar ölkəni tərk etməyə başlayıb).
Dövlət quruluşu: Qazaxstan Respublikası – prezidentli respublika. Prezident dövlət başçısı və ali baş komandandır.
Milli valyuta – tenqe.
Dövlət dili – qazax dilidir, rus dili geniş yayılıb.
Din – müsəlmanlar - 47%, pravoslavlar – 44%, protestantlar – 2% təşkil edir.

