|
Təqvim
|
| « Fevral 2012 » | Be | Ça | Çr | Ca | Cm | Şb | Bz | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | |
|
|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
QAZAXISTAN Qazaxstan Respublikası – Mərkəzi Asiyada yerləşir. Qazaxstan şimalda Rusiya ilə, şərqdə Çin Respublikası ilə, cənubda isə Qırğızıstan, Özbəkistan və Türkmənistan ilə həmsərhəddir. Qərb sərhədləri Xəzər dənizi tərəfindən yuyulur. Respublikanın ərazisi 2717300 km²-dir. Paytaxtı - Astana şəhəridir. Əhaslisi: 16846800 (1998-ci il üçün). Ən böyük şəhərləri: Almatı, Karaqanda və Çimkənd şəhərləridir. Etnik tərkibi – 41,9% qazaxlar, ruslar – 37%, ukraynalılar -5,2%, almanlar – 4,7%, özbəklər – 2,1%, tatarlar – 2% (son vaxtlar ruslar və almanlar ölkəni tərk etməyə başlayıb).
|
|
|
|
|
QAZAXISTAN 2 iyul çərçənbə günü ATƏT-in Parlament Assambleyasının Baş Katibi Oliver Spenser Astanadakı mətbuat konfransında bəyan etdi ki, Qazaxıstanın 2010-cu il üçün ATƏT-ə sədrliyi barədə qərar qəbul edilmişdir və bu ölkədə demokratiyanın inkişafına dair öhdəliklərin o vaxta qədər yerinə yetirib yetirməməsindən asılı olmayacaq. Baş katib həmçinin qeyd etdi ki, Qazaxıstan təşkilatın diqqət mərkəzində olacaq və orada baş verəcək bütün proseslər ATƏT-in bütün ölkələrində aktiv işıqlandırılacaq. Bu artıq o deməkdir ki, Qazaxıstan beynəlxalq inteqrasiya istiqamətində uğurlar qazanmışdır. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın XİN Aleksandr Stabb qeyd etdi ki,ATƏT-də sədrliyi 2010-cu ildə Qazaxıstana verəcək. 5 iyulda Qazaxıstan başçısı Nursultan Nazarbayev “Ağ Orda” prezident sarayında respublika paytaxtı-Astananın (Astana 1997-ci ilin oktyabrından Qazaxıstanın paytaxtıdır) 10 illik yubileyinin qeyd olunmasına və prezidentin ad gününə dəvət olunmuş xarici liderləri qəbul etmişdir. Paytaxtın Alma Atadan Akmoluya köçürülməsindən sonra simvolik olaraq qazax dilindən tərcümədə “paytaxt” mənasını verən Astana adını aldı. Mərasimdə həmçinin Rusiya prezidenti Dmitri Medvedev də iştirak iştirak etmişdir.Yubileyə Azərbaycanın, Ermənistanın, Gürcüstanın, Qırğızıstanın, Türkiyənin, Türkmənistanın, Tacikistanın liderləri, İordaniya kralı II Abdulla da qatılmışdı. Astanada Dmitri Medvedev qazax lideri ilə Xəzərsahili qaz kəmərinin tikintisini və “Mərkəzi Asiya-Mərkəz” boru kəmərinin genişləndirilməsini müzakirə etdi. 2008-ci ilin iyulun 11-də rus “Vesti” telekanalının xəbərlərinə görə Qazaxıstanın cənubunda “Qarşılıqlı əlaqə-2008” adlı müdafiə nazirlərinin nəzarəti altında rus-qazax təlimlər fazası keçirilmişdir. Qazaxıstanın müdafiə naziri Danial Ahmetov bildirmişdir: ”Təlimlərin məqsədi dövlət başçılarımız tərəfindən birmənalı açıqlanmışdır- zəif münaqişələrə hazır olmaq və beynəlxalq cinayətkar dəstələrlə mübarizə aparmaqdır”.Təlimlər zamanı Qazaxıstan müasir texnikadan atışmalar keçirmişlər: ”Nayza” (“Kope”) raket sistemi, 122 mm-lik özügedən qaubitsa “Semser” (“Qılınc”), 120 mmlik minomet “Aybat” (“Təzyiq”) və 120 mmlik artilleriya sistemi “Nona”söylədiyi ideyanın davamı olaraq yeni Alatau rayonu yaradılmışdır. Yeni rayonda 22 yaşayış mətəqəsi olmaqla 130 min sakin yaşayır. (“Ujet”, “Qırmızı trudovik”, “Şərq Şəfəqi”, “Birinci v ikinci Ulcan”, “Darxan”, «Bəybasıx”, “Altıncı şəhər massivi”, birdən altıyadək “Şanırak”, “Kökkəynar”, “Birinci və ikinci Əygərim”, “Kurulusşı”, “Türküstan”, “ADK”, “Ağnulaq” və “Alqabaqas”). Alatau rayonunun Almata şəhərinin akimi Bağdad Manzarov trend News agentliyinin müxbirinə bildirmişdir ki, yeni rayonun yaradılmasında məqsəd Almata şəhərinin iqtisadiyyatının inkişafı, onun sərhədlərinin genişləndirilməsidir və şəhərin təmizliyi və gələcək inkişafı, iqtisadiyyatı sakinlərdən asılıdır. Sakinlər isə şəhərin abadlaşdırılmasında məmnuniyyətlə iştirak etməyə hazır olduqlarını bildirdilər.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|