Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
QARABAĞ
QARABAĞ

Faktlar və hadisələr

QARABAĞ

Müasir Azərbaycan dövlətçiliyinin kökləri hələ qədim Qafqaz Albaniyası kralliği vaxtlarına təsadüf edir. Albaniya dövləti yarananda hazırki Dağlıq Qarabağ regionu həmin dövlətin bir parçası olmuşdur. Antik mənbələrə əsasən, Albaniyada 26 tayfa birliyi mövcud olmuşdur, hansının ki, etnik tərkibi Qafqazlı və Türklərdən ibarət olmuşdur. Albaniya özünün avtokefal (sərbəst) kilsəsi ilə zəngin və unikal mədəniyyətə malik olmuşdur, albanların əlifbası 52 hərfdən ibarət olmuşdur. Eramızın 313-cü ilində Albaniyanın dövlət dini kimi xristian dini elan olunmuşdur. Gərgin vəziyyət Albaniyaya öz müstəqilliyini saxlamağa imkan verməmiş və 705-ci ildə Albaniya tamamilə Ərəb Xilafətinə birləşdirilmişdir. Məhz bundan sonra, Albaniya ilə Bizansın yaxın əlaqələrini qırmaq məqsədilə, Bizansa qarsı Ermənilərlə ittifaqa girən Xilafət Alban kilsəsi ilə Erməni Griqoryan kilsəsini birləşdirmişdir. Orta əsrlər boyu, Qarabağ həmişə müasir Azərbaycanın ərazisi olmuş və türk-müsəlman sülalələri tərəfindən idarə olunaraq türkdilli əhalinin yaşadığı məskən olmuşdur. XVII əsrdə bu ərazidə türkmənşəli sülalə olan Cavanşirlər tərəfindən idarə olunan Qarabağ Xanlığı yaranmışdır. Bu irsi Azərbaycan xanları tərəfindən idarə olunan əhalisinin əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş xanliq idi. 1805-ci ildə Qarabağ xanı ilə Rusiya Imperatoru arasında imzalanmış Kürəkçay müqaviləsindən sonra xanlığın üzərində Rusiya Imperiyasının hakimiyyəti dövrü başlandı. Qafqazı bütövlükdə işğal edəndən sonra Rusiya Imperiyası regionda öz hakimiyyətini gücləndirmək üçün 'parçala və hökmranlıq et' prinsipinə əməl edirdi. Ermənilərin kütləvi sürətdə Irandan və Osmanlı Imperiyasından Qarabağa köçürülməsi nəticəsində burada demoqrafik şəraitin dəyişilməsi bu prinsipin həyata keçirilməsi üçün atılan əsas addımlardan idi. 1806-1813 və 1826-1828 Rusiya-Iran və 1828-1829 Rusiya-Osmanlı müharibələrindən sonra regionun etnik tərkibi nəzərə çarpacaq dərəcədə dəyişmişdi. Təkcə 1828-1830-cu illərdə Irandan 40.000 və Osmanlı Imperiyasından 84.600 erməni Azərbaycana, xüsusilə də Dağlıq Qarabağ ərazisinə köçürülmüş və yerləşdirilmişdir. 1828-ci ildə Rusiya Imperatorunun əmri ilə işğal olunmuş Azərbaycan xanlıqlarının (Irəvan və Naxçıvan) ərazisində Erməni vilayəti yaradıldı. Bu Osmanlı Imperiyasına qarşı bufer zona yaratmaq və türkdilli əhali ilə məskunlaşmış ərazini parçalamaq məqsədilə edilmişdir. Alban kilsəsinin Rusiya çarı tərəfindən 1836-ci ildə tamamilə ləğv edilməsi, Alban əhalisinin tamamilə Griqoyanlaşdırılması (erməniləşdirilməsi) ilə nəticələndi.

1918

28 May- Azərbaycan Demokratik Respublikasının (ADR) elan edilməsi. Eyni gündə Ermənistan Respublikası da müstəqilliyi elan edilmişdir.

29 May- ADR hökuməti Irəvan şəhərini (hal-hazırda Yerevan, əhalisinin 70% azərbaycanlı, digər 30% müxtəlif etnik qruplardan ibarət idi) Ermənistan Respublikasına 'vermiş' hansı ki, öz müstəqilliyini elan etsə belə onun siyasi mərkəzi yox idi.

4 Iyun- Osmanlı Imperiyası ilə 3 Cənubi Qafqaz ölkəsi (Ermənistan, Azərbaycan və Gürcüstan) arasında Batum müqaviləsi imzalanmışdır. Osmanlı Imperiyası Cənubi Qafqaz dövlətlərinin müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. Ermənistan tərəfindən Daşnak hökumətinin imzaladığı müqaviləyə görə, Ermənistanın ərazisi Irəvan və Eçmiədzin də daxil olmaqla müəyyənləşmişdir və onun ümumi ərazisi 10.000 m2 müəyyənləşdirilmişdir. Təbii ki, Dağlıq Qarabağ Azərbaycan Cümhuriyyətinin ərazisində idi.

Iyun-Iyul- Razılaşdırılmış sülh şərtlərinə və mehriban qonsuluq münasibətlərinə əks olaraq, Ermənistan Respublikası Azərbaycana qarşı böyük miqyaslı agressiyaya baslamışdır. Naxçıvan şəhərinin işğalı, Azərbaycanın Zəngəzur və Qarabağ vilayətlərinə edilmiş kütləvi hücumlar nəticəsində 115 kənd dağılmış və 7729 Azərbaycan vətəndaşı həlak olmuşdur. 50.000 nəfərə yaxın insan öz evlərindən didərgin düşmüşdür.

1920

11 Yanvar- Antanta dövlətləri tərəfindən Azərbaycan Respublikasının de-fakto tanınması.

27 Aprel- Azərbaycanın 11-cı Qırmızı Ordu tərəfindən işğalı.

28 Aprel- Azərbaycan Demokratik Respublikasının varlığına son qoyuldu və burada Sovet hakimiyyəti yaradıldı.

1921

5 Iyul- Kommunist partiyasının Mərkəzi Komitəsinin Qafqaz bürosu (bolsevik) qərara alır: 'Müsəlmanlarla ermənilər arasında sülhü saxlamaq, Yuxarı və Aşağı Qarabağ arasındakı iqtisadi əlaqələr və Azərbaycanla qırılmaz əlaqələrin mövcudlugu zərurətindən irəli gələrək, Dağlıq Qarabağa Azərbaycan SSR-nin tərkibində regional muxtariyyat verilsin. Eyni zamanda Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququ və Azərbaycanlıların çoxluq təşkil etdiyi Zəngəzur və Qazax əraziləri (9000 km²) Ermənistana verildi. Ümumilikdə, Sovet Ittifaqının tərkibində olan illərdə Azərbaycan ərazisinin 20.000 km² hissəsi Ermənistana verilmişdir.

1923

7 Iyul - Xankəndi inzibati mərkəz olmaqla Dağlıq Qarabağın muxtariyyət elan edilməsi' (1923-cü il, sentyabrda Xankəndi şəhərinin adı Stepan Samiyanın adına Stepanakert ilə əvəz olunmuşdur) haqqında fərman Azərbaycan SSR-nin Kommunist Partiyasinin Mərkəzi Icrayyə komitəsi tərəfindən verilmişdir. Eyni zamanda, SSRI və Ermənistan SSR hökumətləri Ermənistanda yaşayan 300.000 mindən çox Azərbaycanlılara milli muxtariyyat verilməsindən imtina etmişlər.

1948 - 1953

Ermənistandakı Azərbaycan əhalisi həmişə təzyiq altında yaşamış və bu Azərbaycanlıların kütləvi surətdə Ermənistandan deportasiyası ilə nəticələnmişdir. 1948-1953-cü illər arasında rəsmi məlumatlara əsasən, Ermənistandan 50.000 mindən çox Azərbaycanlı deportasiya olunmuş və Kür-Araz çökəkliyi rayonlarında yerləşdirilmişlər.

1987

18 Noyabr- Kremlin məsləhətçisi A.Aganbegyan tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-nə birləşdirilməsinin xeyirli olmasi barədə bəyanat verilir. Bu bəyanat milli nifrətin qızışdırılmasında və münaqişənin böyüməsində həlledici rol oynadı.

Noyabr - Dekarbr - Yerevanda (Ermənistan) Azərbaycan SSR-nin ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-nə birləşdirmək çağırışı ilə keçirilən nümayişlər baş verdi.

1988

Yanvar - Ermənistan SSR-də yaşayan Azərbaycanlıların Azərbaycana kütləvi deportasiyası. Hökumətin qərari ilə bu qaçqınlar Bakı və Sumqayıtda yerləşdirilmişlər.

Fevral - Münaqişənin ilk qurbanları: Əskəranda (Dağlıq Qarabağ) iki Azərbaycan vətəndaşı qətlə yetirilmişdir.

28 - 29 Fevral - Sumqayıtda kütləvi iğtişaşlar bas verdi. Nəticədə, 32 nəfər erməni, azərbaycanli və ruslar da daxil olmaqla müxtəlif etnik mənsubiyyətli insanlar həlak olmuşdur. Cinayətlər erməni Eduard Griqoryan tərəfindən şəxsən həyata keçirilmişdir, hansi ki, 5 ermənini şəxsən öldürmüş və 6 erməni qadinini zorlamişdir.

18 Iyul- SSRI Ali Sovetinin genişlənmiş iclasinda Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-nin ərazisinin ərazisi kimi elan olunmuşdur.

27 - 29 Noyabr - Ermənistan SSR-nin Gugark, Spitak və Stepanavan şəhərlərində Azərbaycan əhalisinə qarşi təşkil olunmuş qarət nəticəsində 33 azərbaycanlı həlak olmuşdur.

Dekabr - Ermənistan SSR-də yaşayan 220 mindən çox etnik Azərbaycanlı öz evlərini tərk etməyə məcbur edilmişlər.

1989

29 Iyul - Ermənistan ərazisində qatarlara olan hücumlara görə Azərbaycandan Ermənistana olan dəmir yolları bağlanmışdır. Ermənistan elə bu dövrdən Naxçıvanı Azərbaycandan Respublikasından təcrid etməyə başladı.

1 Dekabr - Ermənistan SSR Ali Şurası 'Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə birləsməsi haqqında' qətnamə qəbul etdi və bununla beynəlxalq hüququn başlıca norma və prinsiplərinə zidd olaraq Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə olan iddiasını rəsmi şəkildə bəyan etdi.

1990

13 Yanvar - SSRI daxili ofisinin qərarı ilə Bakı polisi silahsızlaşdırıldı. Buna görə, növbəti günlərdə (13-16 yanvar) Bakıdakı iğtişaşların qarşısını almaq qeyri-mümkün idi.

20 Yanvar - Sovet ordusu Bakını işğal etdi və yüzlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirdi. Vandalizmin ilk qurbanları qadınlar, uşaqlar və qoca insanlar oldu. Rəsmi statistikaya görə, 150 insan həlak olmuş, 700 nəfər yaralanmışdır.

1991

2 Sentyabr - Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində ermənilər qondarma 'Dağlıq Qarabağ Respublikası' yaradilmasını elan etdilər. 15000 nəfərdən ibarət qeyri-qanuni silahlı dəstələr özlərini qondarma 'Dağlıq Qarabağ Respublikasının' qoruyucu dəstəsi elan etdilər.

23 Sentyabr - Rusiya və Qazaxistan Presidentlərinin vasitəçiliyi altında Azərbaycan və Ermənistan presidentlərinin Jeleznovodskda (Rusiya) görüşü keçirildi. Münaqişəni sülh yolu ilə həll etmək məqsədilə razılıq əldə olundu.

Oktyabr - Noyabr - Əldə olunan razılığa baxmayaraq, Ermənistan Respublikasının silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd və Hadrut rayonlarının Azərbaycanlı əhalisinə qarşı kütləvi hücumlara başladı. 30-a yaxın kənd işğal olunmuş və məhv edilmiş, kəndlərin əhalisi isə evlərindən didərgin düşmüşdür.

20 Noyabr - (DQMV, Azərbaycan) Xocavəndin Qarakənd kəndi yaxınlığında Rusiya və Qazaxstanın yüksək vəzifəli şəxslərini və Azərbaycanın hökumət nümayəndələrini aparan 'MI-8' markali vertolyota Erməni terroristləri atəs açmisdir.

22 nəfərin qətli Jeleznovodskda Azərbaycan-Ermənistan münaqişəninin sülh yolu ilə həll olunması cəhdlərinə son demək idi və gələcəkdə zorakılığın genişlənməsinə təkan verdi.

1992

30 - 31 Yanvar - ATƏM-in Şurasının Praqada ikinci görüşü. Azərbaycan və Ermənistan ATƏM-ə üzv oldular.

25 - 26 Fevral - Ermənistanın ATƏM-ə üzv olmasından bir müddət sonra, bu ölkənin silahlı qüvvələri Xocali (Dağlıq Qarabağ ərazisində Azərbaycan səhəri) dinc əhalisinə qarsi soyqirim törətdilər. Rusiyanin #366 (Xankəndidə yerləsirdi)alayinin real dəstəyi ilə Erməni ordusu vəhsicəsinə 613 nəfər insani (onlar arasında, 63 usaq, 106 qadin, 70 yasli) qətlə yetirmis və səhəri tamamilə məhv etmisdir. 487 insan yaralanmis (76 usaq): 1275 insan əsir düsmüs: 150 hələ də itkindir.

28 Fevral - Praqada ATƏT yüksək vəzifəli şəxslər komitəsinin 7-ci görüşü. Bu görüş bütün partiyalari Azərbaycanin ərazisi olan Dağlıq Qarabağda təxirəsalinmadan atəskəs əldə etməyə çagirir, daxili və xarici sərhədlərin toxunulmazligina hörmət etmək, hansi ki, yalniz sülh məqsədi ilə, ümümi razılıqla, bütün ərazi iddialarindan əl çəkməklə və düsmənçilik təbligatindan qorunmaqla dəyisilə bilərdi.

Fevralin sonlari - Xankəndidə yerləşən Rusiya silahlı qüvvələrinin 366-cı atıcı alayın Rusiyaya geri qayıtması və Erməni separatistlərinə qeyri-qanuni olaraq 25 tank, 87 silahlı piyada döyüş maşını, 28 silahlanmış döyüş maşını, 45 artileriya sistemi verilmişdir.

11 Mart - Avropa Şurasının Nazirlər Kabinetinin qətllər və iğtişaşlar barədə son hesabatlara öz narahatçılığını ifadə edən və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rayonunun dinc əhalisinə qarşı yönəlmiş hücum və vəhşiliklərin qəti pislənməsi barədə bəyanatla çıxış etməsi.

24 Mart - ATƏM-in ilk xüsusi görüşünün Helsinkidə keçirilməsi. ATƏM-in müşayəti altında Dağlıq Qarabağ münaqişəsinə dair konfransın çağrılması barədə qərar.

7 May - Iranın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Tehranda görüşü. Görüş Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasina və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmişdir. Dövlət başçıları görüşün sonunda kommunike imzalamışdılar.

8 May - Tehranda kommunikenin imzalanması ilə eyni vaxtda Ermənistan Dağlıq Qarabağın Şusa şəhərini işğal etmişdir (91.7 % əhali azərbaycanlılardan ibarət idi). Şusa rayonunun işğal olunması nəticəsində 20 mindən çox azərbaycanlı öz evlərindən didərgin düsmüşdür.

17 May - Helsinkidə ATƏM-in yüksək vəzifəli şəxslər Komitəsinin görüşündə münaqişənin həll olunmasına dair müzakirələri gedən müddətdə, Ermənistanın silahlı qüvvələri Laçını işğal etdilər. Bunun nəticəsində 63.341 Azərbaycan vətəndası öz evlərini tərk etməyə məcbur olmuşdur.

19 Sentyabr - Soçidə (Rusiya) Azərbaycan və Ermənistan Müdafiə Nazirləri tərəfindən iki aylıq müddətə (sonralar müddətin uzadılması nəzərdə tutulurdu) bütün hərbi əməliyyatların dayandırılması haqqında razılıq əldə edildi.

9-12 Dekabr - Soçidə əldə olunmuş razılıq pozuldu, Ermənistan Azərbaycanın Zəngilan rayonunun 8 kəndini işğal etdi.

1993

27 Mart - 3 Aprel - Cenevrədə gedən sülh danışıqları ilə eyni zamanda, Ermənistan Kəlbəcəri də işğal etdi. 60.698 Azərbaycanlı öz daimi məskənlərindən məcburi çıxarıldı.

6 Aprel - BMT Təhlükəsizlik Şurasının prezidenti Kəlbəcərin işğalini pisləyən bəyanat verdi.

15 Aprel - Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağ münaqisəsinin dərinləsməsi haqqında bəyanatı. Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsinin dərinləşməsi və döyüş zonasının Azərbaycan Respublikasının Kəlbəcər rayonuna qədər genişlənməsinə dair narahatlığını bildirdi və BMT Təhlükəsizlik Şurasının prezidentinin dərhal hərbi əməliyyatların dayandırılması və regionda sülhə və təhlükəsizliyə təhlükə olan bütün qoşunların buradan çıxarılması barədə tələbini dəstəklədi.

25 - 29 Aprel - Islam Konfransı Təskilatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Azərbaycan ərazilərinin işğalıni pisləyən qətnamə qəbul etdi.

30 Aprel - Kəlbəcər və Azərbaycanın yaxınlarda işğal olunmuş digər ərazilərindən işğalçı orduların dərhal çıxarılmasını tələb edən 822 sayli BMT Təhlükəsizlik Şurasının qətnaməsi qəbul olundu.

11 Iyun - Simali Atlantika Əməkdaşlıq Şurasının (SAƏS) bəyanatı: 'Biz BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini qəti dəstəkləyirik, hansı ki, bütün ölkələr və partiyalar tərəfindən təxirə salınmadan yerinə yetirilməlidir. Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, Kəlbəcər və digər yaxın zamanlarda işğal olunmuş Azərbaycan Respublikasının rayonlarından işğalçı dəstələrin çıxarılmasına çağırırıq.'

23 Iyul - ATƏT-in Minsk Konfransının sədri cənab M.Rafaellinin Azərbaycana olan səfərindən dərhal sonra, Ermənistan tərəfindən Ağdam rayonunun işğalı. 158.000 dinc Azərbaycan əhalisi öz evlərindən məcburən köçkün düsmüşlər.

24 Iyul - ATƏT-in Minsk Konfransinin sədrinin Ağdamın işğalı barədə bəyanatı.

29 Iyul - BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin qəbulu: 'Ağdam və yaxınlarda işğal olunmuş digər Azərbaycan Respublikasının torpaqlarından işğalçı orduların dərhal, bütünlüklə və şərtsiz çıxarılması.'

18 Avqust - BMT Təhlükəsizlik Şurasının prezidentinin Ağdam və digər yaxınlarda işğal olunmuş Azərbaycan rayonlarından işğalçı dəstələrin bütünlüklə, dərhal və sərtsiz çıxarılması haqqında bəyanatı.

23 - 26 Avqust - Qeyd olunan xəbərdarlıqlara baxmayaraq, Ermənistan öz təcavüzünü davam etdirir və Füzuli və Cəbrayıl rayonları işğal olunur. Nəticədə 209.985 Azərbaycanlı dinc əhali məcburən öz evlərindən köçkün düşmüşlər.

25 - 26 Avqust - Ermənistan ATƏM sədrinin Ermənistan Prezidenti L.Ter-Petrosyana ünvanlandırılmış Azərbaycanın Gubadlı və Zəngilan rayonlarinin işğalı üçün oraya ordu göndərməməsi tələbinə məhəl qoymur.

31 Avqust - Ermənistan qoşunları tərəfindən Azərbaycanın Gubadlı rayonunun işğalı. Nəticədə, 31.364 Azərbaycan vətəndaşı öz dogma yurdlarından məhrum oldular.

14 Oktyabr - 'Işğal olunmuş ərazilərdən işğalçı orduların çıxarılması daxil olmaqla, ATƏM-in Minsk Qrupunun gördüyü addımlar və qəbul olunmuş cədvəl dərhal həyata keçirilməsi' haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 874 saylı qətnamə.

28 Oktyabr - 1 Noyabr - Azərbaycanın Horadiz şəhərinin və Zəngilan rayonunun işğalı. 34.924 Azərbaycan vətəndaşı qaçıb canlarını qurtarmaq və evlərini tərk etmək məcburiyyətində qalmışlar.

11 Noyabr - BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinin qəbulu, hansi ki, Zəngilan rayonu ilə Horadiz şəhərinin işğalını, dinc əhaliyə olan hücumları və Azərbaycan Respublikası ərazisinin bombardman edilməsini pisləmiş və Zəngilan və Horadizdən işğalçı orduların birtərəfli çıxarılmasını, Azərbaycan Respublikasının digər ərazilərindən işğalçı qosunların çıxarılmasını tələb edirdi.

1994

10 - 11 Yanvar - Şimali Atlantika Əməkdaşlıq Şurasının dövlət və hökumət başçıları ərazi əldə etmək üçün qoşunlardan istifadə olunmasının pislənməsi barədə bəyanat qəbul etmişlər. Regionda sülhün, stabilliyin və əməkdaşlığın əldə olunması üçün əsas şərtlərdən biri Ermənistan, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünə, müstəqillik və suverenliyinə hörmətdir.

15 Aprel - MDB istirakçı dövlətlərinin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyinə hörmət haqqında MDB bəyanatı. Ermənistan MDB bəyanatına qosulmayan yeganə ölkə oldu.

12 May - Atəskəs haqqında razılıq qüvvəyə mindi.

9 - 10 Iyun - Şimali Atlantika Əməkdaşlıq Şurasının nazirlər görüşü bəyanat qəbul etdi, harada ki, nazirlər 'münaqişənin tam aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal olunmuş ərazilərin işğalçı qosunlardan təmizlənməsi və məcburi köçkünlərin öz evlərinə qayıtmasi daxil olmaqla, mövcud atəskəsin həyata keçirilməsi və konstruktiv danışıqların kompromis ruhunda daimi həllə aparan mərhələli sülh danışıqlarının aparılması üçün şərait yaradilmasi haqqında razılığa gəldilər'.

5 - 6 Dekabr - ATƏM Budapeşt Sammiti. 'Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ATƏM-in əməliyyatlarının gücləndirilməsi' qərarı qəbul olundu. Bu sənədə uyğun olaraq, Minsk Konfransının Sədrləri institutu yaradıldı: 'hərbi münaqişənin aradan qaldırılması məqsədilə siyasi razılığa gəlmək üçün sürətli danışıqlar aparmaq, hansının ki, həyata keçirilməsi Minsk Konfransının keçirilməsinə icazə verəcək.' Beləliklə də, münaqişənin həll yolunun iki mərhələli qanuni strukturunu qəbul etdi:

1) birinci mərhələ- hərbi münaqişənin nəticələrinin razılıq həyata keçirmək yolu ilə ləgv edilməsi, bütün işğal olunmuş ərazilərin tamamilə boşaldılması və qaçqınların evlərinə qaytarılması:

2) ikinci mərhələ - Minsk konfransını sona qədər keçirmək, münaqişənin geniş həlli. Budapeşt sammiti həmçinin siyasi razılığa gəldikdən sonra regionda ATƏT sülhməramlı əməliyyatı keçirməyi qərara gəldi.

1995

Münaqişənin aradan qaldırılmasında razılığın təkmilləşdirilməsinə dair danışıqlar keçirilməsi.

1996

2 - 3 Dekabr - ATƏT Lissabon sammiti. ATƏT sədri Azərbaycanla Ermənistan arasında münaqişənin 3 prinsip əsasında həlli haqqında bəyanat verdi ki, bu bəyanat ATƏT-in bütün 53 üzvü tərəfindən (ermənistan istisna olmaqla) dəstəkləndi:

1) Azərbaycan Respublikası və Ermənistanın ərazi bütövlüyü;

2) Azərbaycanın daxilində Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarə hüququ verilməsi;

3) Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi

1997

Yanvar- ATƏT Minsk Konfransının üçlü Həmsədrliyi institutu təqdim edilmişdir (Rusiya, ABS və Fransa)

2 Aprel - Rusiya dövlət dumasının Müdafiə komitəsinin sədri cənab Lev Roklinin Rusiyanın Ermənistana verdiyi qeyri-qanuni silahların 1 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi haqqında hesabatı dinlənildi. Bir qədər sonra, cənab Roklin məlum olmayan şəraitdə qətlə yetirilmişdir.

22 Aprel - Avropa Şurası Parlament Assambleyası (AŞPA) Cənubi Qafqaz münaqişələrinə dair 1119 sayli qətnamə qəbul etdi, harada ki, vurğulanırdı: regionda münaqişələrin həlli 1975-ci il Helsinki Yekun Aktının və 1990-ci il Paris xartiyasının prinsiplərinə əsasən aparılmalıdır:

1. Sərhədlərin toxunulmazlıgı;

2. Xüsusilə çoxmillətli sülhməramlı qüvvələr tərəfindən mübahisəli ərazilərdə insanların təhlükəsizliyinə təminat verilməlidir;

3. Bütün maraqlı qruplar tərəfindən Abxaziya və Dağlıq Qarabağ muxtariyyətinin statusu danısıqlarla müzakirə olunmalıdır;

4. Insan haqlarına hörmət edilməklə qaçqınların və məcburi köçkün düşmüş insanların geri qayıtması hüququ;

1 Iyun - Münaqişənin həlli üçün 'paket həlli' təqdim olunur. Bu təklifin əsas mahiyyəti ondan ibarət idi ki, iki mərkəzli paralel danışıqlar aparılsın: Silahlı qüvvələrin işğal olunmuş rayonlardan çıxarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi. Bu plandan imtina edən Ermənistandan fərqli olaraq, Azərbaycan bəzi istisnalarla bu təklifi qəbul etmişdir.

19 Sentyabr - Münaqişənin həlli üçün 'mərhələli həll' planı təqdim edilir. Bu plan iki mərhələli münaqişə həllini asağıdakı qaydada nəzərdə tuturdu: Birinci mərhələdə- Dağlıq Qarabağdan kənarda olan 6 rayondan (Laçın rayonundan başqa) işğalçı silahlı qüvvələrin çıxarılması, dinc əhalinin geriyə qaytarılması və münaqişə zonasında əsas rabitə xətlərinin bərpa olunması. Ikinci mərhələdə- Dağlıq Qarabağ, həmçinin Laçın və Susanın statuslarının müəyyənləşdirilməsi.

10 Oktyabr - Münaqişənin mərhələli həllinin dəstəklənməsi haqqında Azərbaycan və Ermənistan prezidentlərinin Strasburqda birgə bəyannaməsi.

Müharibə yoxsa Sülh' məqaləsində L.Ter-Petrosyan münaqişənin mərhələli həllinin vacibliyini vurğulamışdı. Bir qədər sonra, bəzi siyasi-hərbi dairələrin təzyiqi nəticəsində o, öz fikrindən imtina etmək məcburiyyətində qalır. Baş nazir R.Koçaryan (Azərbaycanın Dağlıq Qarabağ rayonunun təbəəsi, təyinatına qədər Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış hərbi-separatçı qruplaşmanın lideri) ölkənin prezidenti seçildi. Prezident seçkilərində onun qələbəsindən sonra, Ermənistanın münaqişənin həllində mövqeyi daha da sərtləşdi. 1997-2002-ci illər arasında, ATƏT-in Minsk Qrupunun heç bir görüşü tam tərkibdə keçirilmədi.

1998

Aprel - May - Ermənistan rəsmi olaraq keçmiş prezidentin mərhələli həll məsələsinə razılığından imtina etdiyini bildirdi.

9 Noyabr - Münaqişənin həllinə dair 'Ümumi dövlət' planı təqdim olundu. Azərbaycan tərəfi bu təklifi qəbul etməkdən imtina etdi, çünki bu nə beynəlxalq hüququn prinsip və normalarına, nə də milli qanunvericiliyə uyğun gəlmirdi. Azərbaycan məsələnin ATƏT-in Minsk Qrupunun əvvəlki mərhələli həll plani çərçivəsində müzakirə olunmasına razılığını bildirdi.

1999 - 2002

Azərbaycan və Ermənistan prezidentlərinin birbasa danışıqları. Bu vaxta qədər, onlar 20 dəfədən çox görüş keçirmişlər. Ancaq heç bir nəticə əldə edilməyib.

2002

8 Mart - Sülh prosesini daha təkmilləşdirmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri münaqişənin həlli üzrə danışıqlara dəvət olundular. Xüsusi Nümayəndələr il ərzində 3 dəfə görüş keçirdilər, Praqada iki dəfə-May və Iyul aylarında, Vyanada bir dəfə-Noyabrda.

12 Iyul - Avropa İtifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin yekun sənədində, Avropa İttifaqı münaqişənin sülh yolu ilə həll olunmasının əsası kimi Azərbaycanin ərazi bütövlüyünü tanımasını bir daha təsdiqlədi.

2 Avqust - Avropa İttifaqı Azərbaycan Respublikasınin işğal olunmuş ərazilərində fəaliyyət göstərən hərbi-separatçı rejimin 'prezident seçkilərini' keçirilməsini pisləyən bəyanatla çıxış etdi.

2003

23 Yanvar - Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan tərəflərindən üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə dair Strasburqda görüş keçirilmişdir.

Oxunub: 706 dəfə | Tarix: 12 Aprel 2008 | Kateqoriya: Qarabağ
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az