Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycan ve Ermənistan tərəfinin Sankt-Peterburq görüşü
Bu gün Azərbaycan və Ermənistan prezidentləri-İlham Əliyevlə Serj Sarkisyanın Sankt-Peterburqda sayca 5-ci görüşü keçiriləcək. «Ancaq bu görüşdə Dağlıq Qarabağ məsələsi üzrə yeni razılaşmanın əldə olunması gözlənilmir». Bunu Rusiya prezidenti Dmitri Medvedevin köməkçisi Sergey Prixodko bəyan edib.
«İnterfaks» agentliyinin məlumatına görə, Prixodko bu görüşün münaqişə ilə bağlı ayrıca üçtərəfli görüş olmadığını deyib. Onun sözlərinə görə, bu, sadəcə Sankt-Peterburq iqtisadi forumu çərçivəsində keçirilən danışıqlar olacaq. Əvvəlcə Medvedev İlham Əliyevlə, sonra Serj Sarkisyanla görüşəcək. Bundan sonra Rusiya dövlət başçısı hər iki prezidentlə şam yeməyi süfrəsinə əyləşəcək.
Sergey Prixodkonun sözlərinə görə, Rusiya prezidenti həmkarlarını birlikdə Neva çayı üzərində gəmi ilə gəzintiyə də dəvət edəcək. Münaqişənin nizamlanmasının ATƏT-in Minsk qrupu çərçivəsində aparıldığını xatırladan diplomat rəsmi Moskvanın Qarabağ məsələsində prinsipial mövqeyinin dəyişmədiyini və Azərbaycanla Ermənistanı razı salan istənilən anlaşmaya tərəfdar olduğunu deyib./ANS TV/
Oxunub: 429 dəfə | Tarix: 4 Iyun 2009 | Kateqoriya: Qarabağ