|
Ermənistan Silahlı Qüvvələri son günlər Azərbaycanın yaşayış məntəqələrini və ordumuzun mövqelərini müasir hərb sisteminə daxil olmayan silahlardan atəşə tuturlar.
APA-nın Qarabağ bürosunun məlumatına görə, düşmənin hədəfə aldığı yerlərdən 7,62 mm kalibrli güllələrdən kiçik, 5,45 mm kalibrli güllələrdən böyük xeyli güllə başlığı aşkarlanıb. Güllə başlıqları üzərindəki yiv izlərinə və tərkibinə görə də fərqlənir.
Mütəxəssislərin sözlərinə görə, yeni güllələr eni bir metrdən artıq torpaq qalağını, nazik beton örtüyünü, zirehli gödəkcələri və yüngül zirehli texnikaları dəlib keçmək qabiliyyətinə malikdirlər.
Hələlik yeni başlıqlı güllələrin atıldığı silahlar və onların texniki göstəriciləri haqda ətraflı məlumat yoxdur.
|