Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycan Respublikasının Dağlıq Qarababağ regionunda reinteqrasiya və əməkdaşlıqdan keçən sülh yolu
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda reinteqrasiya və əməkdaşlıqdan keçən sülh yolu

Azərbaycan Respublikasının Dağlıq Qarababağ regionunda reinteqrasiya və əməkdaşlıqdan keçən sülh yoluElmar Məmmədyarov 2004-cü ildən Azərbaycan Respublikasının Xarici işlər naziridir. Kiyev Dövlət Universitetinin, SSR XİN Diplomatiya Akademiyasının və Braun Universiteti Xarici Siyasi Tədqiqatları Mərkəzinin məzunudur. Azərbaycanın BMT və ABŞ-dakı diplomatik heyətlərində çalışmış, İtaliyada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olmuşdur.







Elmar Məmmədyarov

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafında davam edən hərbi münaqişə Azərbaycanın ərazisinin, demək olar ki, beşdə bir hissəsinin işğalı ilə nəticələnmiş və ölkənin hər səkkizinci sakinini məcburi köçkünə və ya qaçqına çevirmişdir. Azərbaycan Respublikasının strategiyası bütün işğal altında olan ərazilərin azad edilməsinə, məcburi köçkünlərin öz doğma el-obalarına qaytarılmasına və həm Dağlıq Qarabağ bölgəsində həm də Cənubi Qafqaz regionunda sülh və sabitliyin yaradılmasına yönəlib. Münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasları BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) müvafiq sənədlərinə və qərarlarında əks olunmuş beynəlxalq hüquq normaları və prinsiplərinə söykənir. BMT Təhlükəsizlik Şurasının adı çəkilmiş qətnamələri, 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal olunmasına cavab olaraq qəbul edilmişdir. Bu qətnamələr Azərbaycan Respublikasının və regiondakı digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiq edir.
Ötən on il ərzində ATƏT-in himayəsi altında həyata keçirilən vasitəçilik səylərinin heç də həmişə öz ardıcıllığı ilə seçilməməsinə və atəşkəsin bərqərar olması istisna olmaqla, heç bir nəticə verməməsinə baxmayaraq, Azərbaycan mönaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanmasının tərəfdarıdır. Bununla belə, sölh prosesinin mövəffəqiyyəti Ermənistanın da səmimi istəyi və konstruktiv mövqeyi ilə eyni dərəcədə ATƏT-in üzvü olan bütün dövlətlərin, xüsusilə də Minsk Qrupunda təmsil olunmuş və onun həmsədrlərinin fəal iştirakından asılıdır. Ermənistanın Azərbaycan ərazisinə hərbi təcavüzü və işğalının nəticələrini aradan qaldırmaq məqsədilə biz Ermənistanla danışıqları davam etdirməyə hazırıq.
Biz beynəlxalq ictimaiyyətin bu məsələdə ümumi mövqeyinin formalaşdırılması və möhkəmləndirilməsində digər beynəlxalq təşkilatların, xüsusilə də BMT və Avropa Şurasının da rolunu yüksək qiymətləndiririk. Bu mövqe Azərbaycanın ərazi bütövlüyünə hörmət, ərazisinin işğalı və orada etnik təmizləmə həyata keçirilməsi faktlarının pislənilməsi, eləcə də vaxtında reaksiya verilmədiyi halda, sülh danışıqlarına ciddi əngəl törətməklə yanaşı, gözlənilməz nəticələrə gətirib çıxara biləcək konkret problemlərin müzakirəsi üzərində qurulub. Belə ki, məsələn, BMT Baş Assambleyasının 59-cu sessiyasında gündəliyin "Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət" adlı bəndinin müzakirəyə çıxarılması işğal edilmiş ərazilərə ermənilərin qanunsuz köçürülməsi məsələsini diqqət mərkəzinə çəkərək, belə təhlükəli təcrübəyə son qoya biləcək təcili tədbirlərin gürülməsində həlledici rol oynadı.
Məqalə yazıldığı vaxtda münaqişənin həll edilməsi yolunda müsbət nişanələr gürünür. Azərbaycan "Praqa prosesi" çərçivəsində konstruktiv həllə nail olmaq istəyini aydın və birmənalı şəkildə nümayiş etdirmişdir və bu məqsədlə əlində olan bütün siyasi və diplomatik resurslardan istifadə etmək niyyətindədir.
Azərbaycanın ərazi bütüvlüyü güzəşt müvzusu ola bilməz. Biz heç kəsə bir qarış belə torpaq verməyəcəyik. Azərbaycan müharibə istəmir və sülh yolu ilə nizamlamanın tərəfdarıdır. Bununla belə, əgər hazırkı işğal vəziyyətinin daha da mühkəmləndirilməsi istiqamətində düşünülmüş addımlar atılarsa, Azərbaycan qanun çərçivəsində üz ərazi bütüvlüyünü bərpa etmək üçün istənilən digər müvcud vasitələrdən istifadə etməyə hazır olacaqdır. Ərazinin zəbt edilməsi və etnik təmizləmə təcrübəsi ümumbəşəri və Avropa dəyərlərinə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsipləri və ideallarına ziddir.
Azərbaycana qarşı təcavüzkar siyasətini pərdələmək üçün erməni tərəfi tez-tez beynəlxalq hüququn prinsipi olan xalqların öz müqəddəratını təyin etmək hüququna istinad edir. Əslində isə, müvafiq beynəlxalq sənədlərdə təsbit olunduğu kimi, sözügedən hüququn praktiki tətbiqi birtərəfli ayrılmanı nəzərdə tutmur. Bu, beynəlxalq və daxili qanunvericiliyə uyğun dəqiq müəyyən edilmiş çərçivədə həyata keçirilən legitim prosesdir. Heç şübhəsiz, bu münaqişə ilə bağlı öz müqəddəratını təyinetmə məsələsinin araşdırılması zamanı gözə çarpan həlledici fakt odur ki, Azərbaycan ərazisinin ayrılmasına yönəldilmiş bütün addımlar konstitusiyaya ziddir və beynəlxalq hüququn əsas, o cümlədən silahdan istifadə və ərazi zəbtinə qadağa qoyan normaların pozulması ilə müşayiət olunur.
Xalqların öz müqəddəratını təyinetmə hüququ bizim yanaşmada öz həqiqi mahiyyətinə söykənir və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının dinc və yanaşı yaşamasını və əməkdaşlığını nəzərdə tutur. Bu yanaşma legitim regional hakimiyyət orqanlarının bütün səviyyələrdə formalaşdırılması da daxil olmaqla, icmaların dövlət idarəçiliyində iştirakı hüququnun səmərəli şəkildə gerçəkləşdirilməsi üçün zəruri şəraitin yaradılmasını əks etdirir.
Hesab edirik ki, Dağlıq Qarabağ bölgəsinin hüquqi statusu yalnız bölgənin azərbaycanlı və erməni icmalarından ibarət Azərbaycan vətəndaşlarının tam və bərabər iştirakı ilə qanuni və demokratik proses çərçivəsində müəyyən edilə bilər. Biz bu perspektivin sülh prosesinin son mərhələsində həyata keçirilməsini nəzərdə tuturuq. Lakin tamamilə məntiqə uyğundur ki, bu strategiyanın gerçəkləşməsi üçün ilk öncə Azərbaycan bütün işğal edilmiş ərazilərdə öz suveren hüquqlarını bərpa etməli və bu ərazilərdən məcburi surətdə çıxarılmış azərbaycanlılar təhlükəsiz və ləyaqətlə geri qaytarılmalıdır.
Razılaşma əldə edildikdən sonra onun gerçəkləşdirilməsi üçün beynəlxalq ictimaiyyətin çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsi, minalardan təmizləmə, kommunikasiyaların yenidən qurulması, torpaqların bərpası və erməni və azərbaycanlı icmaları üçün yerli polis qüvvələrinin yaradılması da daxil olmaqla, Dağlıq Qarabağ bölgəsinin əhalisinə təhlükəsizlik zəmanətlərinin verilməsi məsələlərində yardımı zəruridir. Azərbaycan hökuməti bölgə infrastrukturunun bərpası və iqtisadi inkişafı, o cümlədən sərmayələrin cəlb edilməsi işində əlindən gələn köməkliyi göstərməyə hazırdır.
Bölgənin kommunikasiya məsələləri münaqişə nizamlamasının diqqət mərkəzində olmalıdır. Münaqişə ilə tanış olan şəxslər tez-tez "dəhliz" və "maneəsiz çıxış" anlayışlarını eşidirlər. Azərbaycan dəhliz konsepsiyasını məhdud və antaqonist anlamda deyil, bölgədəki bütün kommunikasiyaların hər iki tərəfin faydası üçün istifadəsi şəklində başa düşülməsini təklif edir. Belə bir yanaşma "Laçın dəhlizi" məsələsində xüsusən əhəmiyyətlidir: bu dəhliz həm Dağlıq Qarabağın erməni əhalisinin Ermənistanla, həm də Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi üçün mühümdür. Laçın yolundan Ağdam-Xankəndi-Şuşa-Laçın-Gorus-Şahbuz-Naxçıvan (və sonradan Türkiyəyə qədər uzadılması mümkünlüyü ilə) marşrutu üzrə hər iki istiqamətdə istifadə Azərbaycan və Ermənistanı zəmanətli təhlükəsiz gediş-gəliş imkanı ilə təmin edə bilər. "Laçın dəhlizi"ndən bu qisimdə istifadənin mühümlüyü təkcə iki dövlət arasında birbaşa nəqliyyat əlaqəsinin praktiki faydasından ibarət deyil. Bu yol nəhəng siyasi, iqtisadi və ümumregional əhəmiyyətə malik olan "sülh yolu"na çevrilə bilərdi.
Ermənistan-Azərbaycan müharibəsi öz torpaqlarından məcburi çıxarılmış və on ildən artıq müddətdə normal həyat şəraitindən məhrum olmuş yüz minlərlə insana böyük zərbə vurmuş və sonsuz əzab vermişdir. Öz el-obalarına qayıtmaq həsrəti ilə yaşayan bu insanların problemini, münaqişəni yalnız davamlı nizamlama yolu ilə həll etmək mümkündür.

Accord, 17. buraxılış, 2005
Oxunub: 442 dəfə | Tarix: 27 Yanvar 2009 | Kateqoriya: Qarabağ
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (26)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az