|
Təqvim
|
| « Sentyabr 2010 » | Be | Ça | Çr | Ca | Cm | Şb | Bz | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | |
|
|
Əlaqə
|
Ünvan:
Paşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
QARABAĞ Faktlar və hadisələr Müasir Azərbaycan dövlətçiliyinin kökləri hələ qədim Qafqaz Albaniyası kralliği vaxtlarına təsadüf edir. Albaniya dövləti yarananda hazırki Dağlıq Qarabağ regionu həmin dövlətin bir parçası olmuşdur. Antik mənbələrə əsasən, Albaniyada 26 tayfa birliyi mövcud olmuşdur, hansının ki, etnik tərkibi Qafqazlı və Türklərdən ibarət olmuşdur. Albaniya özünün avtokefal (sərbəst) kilsəsi ilə zəngin və unikal mədəniyyətə malik olmuşdur, albanların əlifbası 52 hərfdən ibarət olmuşdur. Eramızın 313-cü ilində Albaniyanın dövlət dini kimi xristian dini elan olunmuşdur. Gərgin vəziyyət Albaniyaya öz müstəqilliyini saxlamağa imkan verməmiş və 705-ci ildə Albaniya tamamilə Ərəb Xilafətinə birləşdirilmişdir. Məhz bundan sonra, Albaniya ilə Bizansın yaxın əlaqələrini qırmaq məqsədilə, Bizansa qarsı Ermənilərlə ittifaqa girən Xilafət Alban kilsəsi ilə Erməni Griqoryan kilsəsini birləşdirmişdir. Orta əsrlər boyu, Qarabağ həmişə müasir Azərbaycanın ərazisi olmuş və türk-müsəlman sülalələri tərəfindən idarə olunaraq türkdilli əhalinin yaşadığı məskən olmuşdur. XVII əsrdə bu ərazidə türkmənşəli sülalə olan Cavanşirlər tərəfindən idarə olunan Qarabağ Xanlığı yaranmışdır. Bu irsi Azərbaycan xanları tərəfindən idarə olunan əhalisinin əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş xanliq idi. 1805-ci ildə Qarabağ xanı ilə Rusiya Imperatoru arasında imzalanmış Kürəkçay müqaviləsindən sonra xanlığın üzərində Rusiya Imperiyasının hakimiyyəti dövrü başlandı. Qafqazı bütövlükdə işğal edəndən sonra Rusiya Imperiyası regionda öz hakimiyyətini gücləndirmək üçün 'parçala və hökmranlıq et' prinsipinə əməl edirdi. Ermənilərin kütləvi sürətdə Irandan və Osmanlı Imperiyasından Qarabağa köçürülməsi nəticəsində burada demoqrafik şəraitin dəyişilməsi bu prinsipin həyata keçirilməsi üçün atılan əsas addımlardan idi. 1806-1813 və 1826-1828 Rusiya-Iran və 1828-1829 Rusiya-Osmanlı müharibələrindən sonra regionun etnik tərkibi nəzərə çarpacaq dərəcədə dəyişmişdi. Təkcə 1828-1830-cu illərdə Irandan 40.000 və Osmanlı Imperiyasından 84.600 erməni Azərbaycana, xüsusilə də Dağlıq Qarabağ ərazisinə köçürülmüş və yerləşdirilmişdir. 1828-ci ildə Rusiya Imperatorunun əmri ilə işğal olunmuş Azərbaycan xanlıqlarının (Irəvan və Naxçıvan) ərazisində Erməni vilayəti yaradıldı. Bu Osmanlı Imperiyasına qarşı bufer zona yaratmaq və türkdilli əhali ilə məskunlaşmış ərazini parçalamaq məqsədilə edilmişdir. Alban kilsəsinin Rusiya çarı tərəfindən 1836-ci ildə tamamilə ləğv edilməsi, Alban əhalisinin tamamilə Griqoyanlaşdırılması (erməniləşdirilməsi) ilə nəticələndi.
|
|
|
|
|
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar
|
|
|
|
|
 Prezidentlərin son görüşündən sonra növbəti addımların effektivliyi Ermənistanın mövqeyinin dəyişməsindən asılıdır - Azərbaycan XİN
|
|
|
|
|
 Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin 5-ci görüşü keçiriləcəkSankt-Peterburqda keçiriləcək görüşdə Rusiya prezideti Dmitri Medvedev hər iki prezidentlə şam yeməyi süfrəsinə əyləşəcək.
|
|
|
|
|
|
Ermənistan Silahlı Qüvvələri son günlər Azərbaycanın yaşayış məntəqələrini və ordumuzun mövqelərini müasir hərb sisteminə daxil olmayan silahlardan atəşə tuturlar.
|
|
|
|
|
|
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan beynəlxalq iqtisadi forumda Sankt-Peterburq görüşündə Dağlıq Qarabağdakı vəziyyətin nizama salınması məsələlərini müzakirə edəcəklər.
|
|
|
|
|
QAT Polad Bülbüloğlunun Ermənistanın Rusiyadakı səfiri ilə birgə Dağıq Qarabağa səfər etmək niyyətini pisləyib
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|